Avropa Liqasının qrup mərhələsində mübarizəyə oktyabrın 22-də start veriləcək

07:34 03-10-2020 | icon 375 | İdman
Avropa Liqasının qrup mərhələsində mübarizəyə oktyabrın 22-də start veriləcək

Qurban Qurbanov: “Qrupun ən maraqlı oyunları “Sivasspor”la olacaq”

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirib.

 

O, “Qarabağ”ın saytına müsahibəsində rəqibləri dəyərləndirib:

 

“Yaxşı qrupa düşmüşük, maraqlı rəqiblərimiz var. “Vilyarreal”ı hamı tanıyır, ən yaxşılardandır, istər iştirak etdiyi çempionat baxımından, istərsə də baş məşqçisinə görə. Unay Emeri “Arsenal”da çalışarkən, onun komandasına qarşı oynamışıq. Tələbkar məşqçidir, özünə xas oyun üslubu var. Görünən odur ki, İspaniya təmsilçisi ən güclülərdəndir.

 

“Sivasspor” isə stabil oyun göstərən komandadır, son mövsüm son oyunlara qədər Türkiyə Super Liqasında liderlər qrupunda oldu.

 

“Makkabi” də ciddi rəqibdir, öz ölkəsinin ən titullu klublarından biridir və ötən mövsümün çempionudur. Hər üç komandanın öz oyun üslubu var və ciddi rəqiblərdir. Qardaş Türkiyə komandasına oynayacağıq. Düşünürəm ki, qrupun ən maraqlı oyunları “Sivasspor”la ev və səfər qarşılaşmaları olacaq.

 

Çalışacağıq ki, maksimum ən yaxşı oyunumuzu göstərək. Düzdür, ağır qrafikdə oynayacağıq. Həm çempionat, həm Avropa Liqası, həm də millimizin Millətlər Liqasında oyunları olacaq. Futbolçularımız hər 3-4 gündən bir oyuna çıxacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində mübarizəyə oktyabrın 22-də start veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı