Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

11:37 16-08-2018 | icon 763 | Cəmiyyət
Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Macarıstanda Turan Qurultayında iştirak edən millət vəkili Qənirə Paşayeva Macarıstanıın Buğac meri Laszlo Szabo ilə görüş zamanı Azərbaycan-Macarıstan münasibətləri, ölkəmizin dost Macarıstanla münasibətlərin inkişafına verdiyi böyük önəm, bu ölkədə keçirilən Turan Qurultayının vacibliyi ilə bağlı fikirlərini səsləndirib və belə bir möhtəşəm tədbirə dəstək verdikləri üçün meri təbrik edib.

 

Versus.Az xəbər verir ki, Azərbaycanın Macarıstana münasibətlərin imkişafına verdiyi böyük önəmdən, dostluğumuzu daha da gücləndirmənin vacibliyindən danışan millət vəkili Q.Paşayeva Turan Qurultayı ilə bağlı atrıq bir neçə dəfə Buğacda olmaq böyük məmnuniyyət duyduğunu deyib və iki dost ölkə bölgələri arasında əməkdaşlıqdan danışaraq Turan Qurultayının keçirildiyi Buğacla Azərbaycan bölgələrindən birini qardaşlaşmış bölgələr olaraq görmək istəyirik deyib.

 

Dağlıq Qarabağ münaqişəsi barədə də danışan millət vəkili Q.Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində ortaq səylərin artmasının vacibliyini də vurğulayıb.

 

Azərbaycanın dost ölkə olduğunu və Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük əhəmiyyət verdiklərini deyən Buğac meri Laszlo Szabo Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı əməkdaşlıq, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova, iş qadını Pərvanə Mustafayevanın iştirak etdiyi görüşdə millət vəkili Buğaç meri Laszlo Szabonu ölkəmizə dəvət edib və Azərbaycanla bağlı materialları təqdim edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol