Sadio Mane koronavirusa yoluxdu


İngiltərənin “Liverpul” klubunun hücumçusu Sadio Mane koronavirusa yoluxub.
TASS xəbər verir ki, bununla bağlı məlumat klubun rəsmi saytında dərc edilib.
Bildirilib ki, seneqallı futbolçunun koronavirus testinin nəticəsi pozitiv çıxsa da, Mane özünü yaxşı hiss edir və hazırda özünü təcrid edib.
Qeyd edək ki, üç oyunda 9 xalla “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində ikincidir.

Xəbər lenti

QHT-lərdən intihar hallarının artması ilə bağlı BƏYANAT
Aidiyyatı qurumları aktiv olmağa və bu sahədə öz töhfələrini...