Son anda tibb işçilərinin onu necə incitdiyini çəkdi - FOTO/VİDEO

08:49 03-10-2020 | icon 516 | Maraqlı
Son anda tibb işçilərinin onu necə incitdiyini çəkdi - FOTO/VİDEO

Kanada sakini Coys Eçakvan xəstəxanadan etdiyi canlı yayım zamanı tibb işçilərinin onu incitməsini çəkdikdən sonra ölüb.

 

Bu barədə CBC xəbər yayıb.

 

“Facebook Live” xidmətində canlı yayım edən yeddi uşaq anası həyatının son anlarında necə zülmə məruz qaldığını göstərib. Kadrlarda onun dəfələrlə kömək çağırdığı, tibb işçilərinin isə buna cavab olaraq onu təhqir etdiyi, “axmaq” adlandırdığı və tezliklə ölməsini dilədiyi görünür. 

 

 

İddiaya görə, 37 yaşlı qadına qarşı neqativ münasibətin səbəbi onun Atikamek hindu tayfasına mənsubiyyəti ilə əlaqəli olub.

 

Bu hadisə ölkədə böyük səs-küyə səbəb olub. Son məlumatlara görə, tibb bacıları xəstəxanadan qovulublar. Səlahiyyətlilər isə pasiyentin ölümü ilə əlaqədar inzibati yoxlamalara başlayıblar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin