"Hamımız bir nəfər kimi Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləyirik"

13:31 03-10-2020 | icon 347 | Siyasət
"Hamımız bir nəfər kimi Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləyirik"

Əlisahib Hüseynov: "Ordumuzun əks-hücumu sonuncu erməni əsgəri torpaqlarımızdan çıxanadək davam edəcək"

 

"Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü və sədrliyi ilə bu dəqiqələrdə siyasi partiya rəhbərləri ilə “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans formatında görüş keçirilir".

 
 
Versus.Az xəbər verir ki, Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov da bu görüşdə iştirak edib.
 
 
Partiya sədri çıxşında MHP olaraq sentyabrın 27-də səhər saatlarından Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalini, kəndləri, şəhərləri, infrastruktur obyektlərini hədəf alaraq artilleriya atəşinə məruz qoymasını birmənalı şəkildə pislədiklərini vurğulayıb:
 
 
"Qoy Ermənistan hakimiyyəti və Emmanuel Makron kimi ermənipərəst liderlər bilsinlər ki, düşmənin hücumlarının, təxribatlarının qarşısı sonuncu erməni əsgəri torpaqlarımızı tərk edənə qədər Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır".
 
 
Əlisahib Hüseynov onu da vuğulayıb ki, ölkədə milli həmrəylik və siyasi dialoq mühiti mövcuddur:
 
 
"Bu siyasi münasibətlərin bundan sonra da davam edəcəyinə inanırıq. Hamımız bir nəfər kimi Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləyirik!"
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol