“Bu gün “Ordu öz SƏRKƏRDƏsinə inanır və döyüşdə qalib gəlir” - MÜSAHİBƏ
Afaq Bəşirqızı: “Erməni oğlunun, erməni əsgərinin mənim torpağımda nə işi var ki, mən onu vurum öldürüm”
“Beynəlxalq təşkilatların verdiyi bəyanatlar onu göstərir ki, onlar bu münaqişəsnin həll olunmasını istəmir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq”.
Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Əl-Cəzirə televiziya kanalı vasitəsi ilə dünya ictimaiyyətinə etdiyi növbəti qətiyyətli mövqeyində bir daha əks olundu. Azərbaycan ictimaiyyəti, Azərbaycan qadınları Prezidentin bu qətiyyətli mövqeyini dəstəkləyərək, öz növbəsində dünya, eləcə də erməni qadınlarına üz tutdular. Belə bir şəraitdə ölkənizə qarşı aparılan qərəzli mövqe pislənir və beynəlxalq ictimaiyyət ədalətə dəvət olunur.
Versus.Az xəbər verir ki, xalq artisti Afaq Bəşirqızı müsahibəsində bir ana olaraq maraqlı nüanslara toxunub.
- Afaq xanım, bu gün Azərbaycanın şanlı ordusu işğal altında qalan torpaqlarını Ali Baş Komandanın əmri ilə azad etməyə qalxıb. Lakin dünya öz bəyanatları ilə bizim haqq işimizə kölgə salmağa çalışır. Başladığımız bu müharibəyə kölgə salmağa çalışanlara sözünüz nədir?
- Bu gün “Ordu öz SƏRKƏRDƏsinə inanır və döyüşdə qalib gəlir. Bu gün cənab İlham Əliyevin bir-birindən qətiyyətli, bir-birindən kəsərli olan diplomatik danışıqları xalqa, orduya, həm də xarici ölkələrə və ordakı diasporalara ölkələrə böyük bir təqdimat, örnəkdir.
Bu 30 ildə Azərbaycan həmişə güzəştə gedib. Beynəlxalq aləmin haqqa gələcəyinə, haqqımızı tanıyacağına ümid edib və gözləyib. Bu 30 ildə Azərbaycan 73 il əsarətdə olan bir respublika idi. Əsarətçi dövlət ölkəmizdən çıxıb gedərkən də bütün strateji obyektləri özü ilə apardı. Həmin vaxt Azərbaycan Ermənistanla müharibə şərairində idi. Azərbaycanın yenidən qurulması, ona qarşı dayanan məkirli qüvvələrə qarşı qalib gəlməsi, ölkə içində ixtişaşlar törədib özünü hakim adlandıranlara qarşı mübarizə aparıb onları neytrallaşdırması, Ordunu sıfırdan qurması, belə bir ağır şəraitdə həm də torpaqları işğaldan qorumaq üçün atılan addımlar çox çətin, gərgin şəraitdə baş verirdi. Biz çox ağır situasiya ilə üz-üzə dayanmışdıq. Azərbaycan düşmənin qabağına çox zəif texnika ilə - “dayandoldurumla” çıxmışdı. Xocalıda tüfənglə avtomatın qabağına çıxan oğullarımız oldu. O şəhidlər -Əlif Hacıyev, Nüsrət Eyvazov, Ağahüseny Cəfərov və digər vətən uğrunda savaşan qəhrəmanlarımız idi ki, bu gün Vətən Müharibəsinin başlanması naminə bizə böyük yol göstərdi, örnək oldu.
Fəxr edirəm ki, mən Azərbaycan vətəndaşıyam. Mən fəxr edirəm ki, mənim İlham Əliyev kimi Prezidentim var. Fəxr edirəm ki, mənim birlik olan xalqım var və mən inanıram ki, biz haqq müharibəmizdə qalib gələcəyik.
Biz Ermənistanın işğalı nəticəsində məcburən müharibəyə cəlb olunduq. Bu, gec-tez olmalıydı və erməni məkri, erməni hərisliyi bu prosesi tezləşdirdi. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə qalxdığı bir vaxtda beynəlxalq təşkilatların da bizi dayandırmaq üçün aktivləşdiyi müşahidə olunur. Ölkə rəhbərliyi və diplomatiyası həm də bu təzyiqlərə qarşı da dayanmalı və beynəlxalq aləmi haqqa dəvət etməlidir.
- Azərbaycanın öz pozulmuş sərhədlərini bərpa etməklə bağlı apardığı əks-hücuma qarşı çıxış edən beynəlxalq təşkilatlar bizim beynəlxalq hüquqla təsbit olunan hüquqlarımzı bərpa etməyə imkan vermir və bəyanat verirlər ki, silahı yerə qoyub, 30 ildir heç bir danışıqlara gəlməyən düşmənlə danışın. Bu düşmənlə hansı danışıqlar vaş tuta bilər?
- Biz beynəlxalq təşkilatların bu cür sərsəm bəyanatlarını eşitməyə öyrəşmişik. Bu daim təkrar olunan hekayədir. Amma beynəlxalq təşkilatlar eyni zamanda fikirləşməlidirlər ki, işğal olunmuş bir torpağı, dövləti hər hansı bir danışıqlarla bərpa etmək münkün deyil. Mənim Prezidentim də dedi ki, mənim üzümə deyildi ki, Qarabağ Ermənistandır və nöqtə. Ona görə də mən bundan sonra o adamlarla heç bir söhbət apara bilmərəm.
Digər tərəfdən, əgər Ermənistan həqiqətən da boynuna alırsa ki, Azərbaycanla müharibə edirəm, bu başqa söhbətdir. Onlar Stepanakertdə bir ovucdurlar. Mən özüm Stepanakert dedim, çünki erməni mənfurlarını hətta sözdə də Xankəndində yaşatmaq istəmirəm.
Mən Prezidentin bugünkü siyasətini dəstəkləyirəm, geriyə yol yoxdur. İndi deyə bilərlər ki, “Afaq Bəşirqızı anadır və necə müharibə istəyə bilər”. Deyə bilərlər ki, cəbhədə döyüşənlərin hamısı ana oğullarıdır. Lakin indiki şəraitdə heç kəs vəziyyəti və Azərbaycan qadınının, anasının yaşadıqlarını başqası ilə səhv salmasın. İllərdir Azərbaycan qadını erməni vəhşiliyinin şahididir və şəhidlər verir. Azərbaycan qadını məhz mənfur ermənilərin vandallığı, namussuzluğu ilə çox zülümlər görüb. Artıq Azərbaycan qadını da Ermənistanın bu vəhşiliyinə “dur” deyir və beynəlxalq aləmi bu haqsızlığa son qoymağa çağırır! Erməni oğlunun, erməni əsgərinin mənim torpağımda nə işi var ki, mən onu vurum öldürüm. Özü də məni öldürmək üçün sərhədi aşıb üstümə gəlir. Özü də mənim öz torpağımda bu cinayətləri edirlər. Qurani Kərimdə də yazır ki, sənə qarşı vuruşanla vuruş və biz də vuruşmalıyıq, başqa yol yoxdur.
- Artıq Azərbaycan anaları 30 ildir öz torpaqlarında şəhid olan oğullarının, qızlarının qanının yerdə qalmaması üçün öz oğullarını sevərək vətən uğrunda döyüşə göndərir və deyir ki, VƏTƏN SƏNƏ AMANƏT, səndən torpaqların işğaldan azad olunması ilə bağlı şad xəbərlər gözləyirəm.
- Mən neçə gündür Şəhid ailələrinə baş çəkirəm. Bir ana da olsun heyfslənmir. Əlbəttə mənim anamın bir gözü ağlayır, bir gözü gülür. Gülür, ona görə ki, balası şərəflə, qeyrətlə torpaq uğrunda öldü. Onun qeyrəti, mənim qeyrətim, xalqın qeyrəti uğrunda ŞƏHİD oldu. Amma bir gözü də ağlıyır ki, balasını itirdi...
- Bu bizim haqq səsimizdir, haqq işimizdir, amma görünən odur ki, əks təbliğat var və oturublar torpaqlarımızda, çox həyasızcasına Azərbaycanı öz torpağı uğrunda savaşdığına görə qınayırlar. Amma biz humanist xalqıq və dinc əhalisi varsa, onların ölməsini istəmirik. Sizin o insanlara nə sözünüz var, nəhayət erməni anaları hansı qərarı verməlidirlər?
- Mən bir neçə gün əvvəl də erməni analarına müraciət etdim. Amma bu müraciətim əlbəttə ki, daha kəskin idi. Bu gün mənim balam, övladım öz torpağım uğrunda canını verib şəhid olur, bəs sənin oğlun kimdir?! O, birmənalı olaraq şəhid deyil. Sənin oğlun paşinyanlara, sarkisyanlara verdiyin qurbanlardır. Onda özünüz onlara bir ad fikirlərşin. Və onlara deyirəm ki, ağlınız olsun. Siz elə bir xalqsız ki, qanunu, haqqı danırsız. İndi də sən oğlunun bu mənasız döyüşə getməyinin qarşısını al!
Amma görünən odur ki, qadınları da döyüşə hazırlaşır. Vallah Əbəsdir! Biz axırıncı papaqlımız qalana qədər vuruşacağıq. Sonra da Azərbaycan qadınları öz missiyasını yerinə yetirəcək!.. /hafta.az/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"