Ermənistanın atəşə tutduğu Beyləqandan FOTOLAR

12:29 04-10-2020 | icon 916 | Cəmiyyət
Ermənistanın atəşə tutduğu Beyləqandan FOTOLAR

Oktyabrın 3-də Ermənistan silahlı qüvvələri Beyləqan şəhərini ağır artilleriyadan atəşə tutub.

 

AZƏRTAC xəbər verir ki, düşmənin atdığı top mərmiləri nəticəsində dinc sakinlərdən ölən və yaralananlar var, evlər dağıdılıb, infrastruktura zərər vurulub.

 

1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar.

 

Eyni zamanda, şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu və 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyib.

 

Qeyd edək ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 22-yə, xəsarət alanların sayı isə 74-ə çatıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya atəşi nəticəsində 248 evə və 49 mülki obyektə ciddi ziyan dəyib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...