Azərbaycana dair zəngin kitab kolleksiyası

12:06 17-08-2018 | icon 191 | Mədəniyyət
Azərbaycana dair zəngin kitab kolleksiyası

“Azərbaycan tarixi, mədəniyyəti hər bir ölkədə” layihəsi çərçivəsində Özbəkistanın aparıcı universitetlərinin kitabxanalarına ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə olunub.

 

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən Versus.Az-a verilən məlumata görə, Mirzə Uluqbek adına Özbəkistan Milli Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kitabxanalarına hədiyyə olunması məqsədi ilə zəngin kitab kolleksiyası toplanıb.

 

Kolleksiyada özbək dilində Daşkənddə nəşr olunmuş “Haydar Aliyev”, “İlham Aliyev o‘zgarishlar jarayonidagi Prezident tasviri”, professor Əli Həsənovun “Geosiyasət”, “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti”, “Xocalı soyqırımı”, Özbək tarixçi Şuxrat Salamovun “Türkistan və Cənubi Qafqaz: Daşnaklar Fərqanədən Qarabağadək”, “Qarabağ: müharibə ideyaları”, özbək yazıçı Abdulvali Saybnazarovun “Xocalıda ölən insaniyyət”, Nizami Gəncəvinin “Xəmsə”, “Sirlər xəzinəsi”, Leyli və Məcnun”, “İqbalnamə”, M.Füzulinin “Калб гавхари”, Daşkənddə özbək dilində çapdan çıxmış Azərbaycan ədəbiyyatının antologiyaları, bir sıra tanınmış yazıçıların və şairlərin əsərləri (Bəxtiyar Vahabzadə, Anar, Yunus Oğuz, Sona Vəliyeva, Pərvin), habelə milli mədəni irsimizə dair “Azərbaycanın mədəni irsi”, “Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda” və s. nəşrlər yer alıb.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Azərbaycana dair özbək dilində çoxsaylı nəşrlər Daşkənddə işıq üzü görüb.

 

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun məlumatına görə Azərbaycandan müxtəlif müəssisələrdən, xüsusi ilə Mədəniyyət Nazirliyindən Mədəniyyət Mərkəzinə göndərilən Azərbaycanın dövlətçilik ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni işğalı, Xocalı soyqırımı, Azərbaycanın multikulturalizm ənənələri, Azərbaycan ədəbiyyatı, mədəni irsimiz, dağıdılan mədəniyyət abidələrimiz, Azərbaycanın turizm resurslarına dair nəşrlər sözügedən kolleksiyalara əlavə edilir.

S.Abbasov layihənin həyata keçirilməsində əsas məqsədin özbək dilində Azərbaycana dair məlumat boşluğunun aradan qaldırılması, iki ölkə arasında dostluq əlaqələrin dərinləşdirilməsi, habelə ölkəmizin təbliği, özbək oxucularına, araşdırmaçılarına Azərbaycan haqqında obyektiv məlumatlar əldə etməsini təmin etmək olduğunu bildirib. O, Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə çap olunan kitabların elektron versiyasının Azərbaycan və Özbəkistanın aparıcı kitabxanalarına göndərildiyini və sözügedən kitabxanaların elektron kitabxanasına daxil edildiyini qeyd edib.

Hazırda bu istiqamətdə işlərin davam etdiyini bildirən diplomat, “Azərbaycanı tanıyaq”, “Azərbaycan tarixi hər bir ölkədə” və başqa layihələr çərçivəsində son beş ildə minlərlə kitab, jurnal, elektron nəşrin qardaş Özbəkistanın kitabxanalarına, elm və təhsil müəssisələrinə hədiyyə edildiyini qeyd edib.

Xəbər lenti

SÖZƏBAXAN MEDİYA, ƏLƏBAXAN QƏLƏMÇILƏR... VƏ "ZƏKAYİ SÖYÜŞ" ƏNƏNƏSİ...

“Əgər bir ölkədə öz xalqını aldadan bir mediya varsa, o ölkənin başqa bir düşmənə ehtiyacı yoxdur”

EYOF Bakı 2019: kişilər arasında idman gimnastikası yarışlarının finalçıları

Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla ikinci görüşünü keçirib

EYOF Bakı-2019: Azərbaycan gimnastlarına böyük uğurlar arzulayıram - tamaşaçı

Azərbaycanda “Tarla günü” keçiriləcək

Ledi Qaqanın anası: Həmişə günah kişilərdə olur

Rezidenturaya keçirilmiş müsabiqənin NƏTİCƏLƏRİ elan olunub

Dövlət Komitəsində Ağdamın işğalının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib

Böyük Britaniyada yeni baş nazir KİM oldu?

Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub

“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimatın üçüncü mərhələsi keçirildi"

50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq

Ağdam itkisi insanların şeirlərində, musiqələrindədir

Qoy, yağı düşmən sevinməsin!

Ağdamın işğalından 26 il ötür

XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

Bakıda Aya Sofyadan daha gözəl məbəd niyə partladıldı? /Video/

ALDP Keçikçidağ ilə bağlı bəyanat verdi

Polis leytenantı özünü güllələdi

“Kahveçi +” inşaat şirkəti yubileyini və Milli Mətbuat gününü qeyd etdi