Türkiyə XİN-dən Gəncənin Ermənistan ordusu tərəfindən atəşə tutulması ilə bağlı BƏYANAT

15:08 04-10-2020 | icon 310 | Siyasət
Türkiyə XİN-dən Gəncənin Ermənistan ordusu tərəfindən atəşə tutulması ilə bağlı BƏYANAT

“Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum edərək mülki insanları hədəf alması, onun qanunsuz əməllərinin daha bir təzahürüdür. Bu hücumları qınayırıq”.

 

Versus.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

 

Qeyd edilib ki, işğal etdiyi Azərbaycan torpaqlarında məğlubiyyətlə üzləşən Ermənistan bu hücumları ilə başda Cenevrə Konvensiyaları olmaqla, beynəlxalq hüququn bütün tələblərini pozur:

“Bu hücumlar Ermənistanın düşdüyü çarəsiz vəziyyətin və qanunsuz işğalını davam etdirmək üçün insanlığa qarşı cinayətlər törətməkdən geri qalmayacağının sübutudur. Əvvəldən də söylədiyimiz kimi, Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneədir”.

 

Bəyanatda Azərbaycanın Ermənistanın bu cür təxribatlarına uymayacağına ümid edildiyi vurğulanıb:

 

“Mülki əhaliyə zərər dəyməməsi üçün səy göstərən və beynəlxalq hüququn tələbləri çərçivəsində özünümüdafiə hüququndan istifadə edərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mübarizə aparan qardaş Azərbaycanı dəstəkləyirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı