BMT Təhlükəsizlik Şurası: İkiüzlülüyün əyani nümunəsi

19:53 04-10-2020 | icon 301 | Siyasət
BMT Təhlükəsizlik Şurası: İkiüzlülüyün əyani nümunəsi

Məgər quldur ermənilər həmin torpaqları siyasi-diplomatik yollarlamı işgal etmişdi ki...

ƏLİ HƏSƏNOV

/professor/
 
 
 
BMT Təhlükəsizlik Şurası 1992-1993-cü illərdə beynəlxalq hüquqa istinad edərək dörd Qətnamə qəbul etmişdi və “ Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilməsi” tələbini ortaya qoymuşdu.
30 ildir Ermənistan adlanan cırtdan boyda satellit bir “dövlət” faktiki olaraq dünyaya və BMT TŞ na meydan oxuyaraq, torpaqlarımızın işgalını davam etdirir.
 
 
Bir gün əvvəlsə həmin BMT TŞ-sı dünyada hökm sürən ikili standartlardan çıxış edərək öz prinsiplərinə və beynəlxalq hüququn tələblərinə zidd formada bəyan edir ki, “bəs sən demə Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yoldan başqa həlli yoxuymuş”...
 
 
Türkün sözü olmasın: “olsun babam, olsun”! Buyur həll elə, necə deyərlər- dünya müdiriyyəti sən, beynəlxalq hüquq və beynəlxalq güç mexanizmləri sənin əlində, həll elə baxaq görək necə edirsən?!. 30 ildir qəbul etdiyin dörd Qətnaməni təmin elə, Azərbaycanı bu işgaldan qurtar biz də sənin ədalətinə və gücünə inanaq...
 
 
Məgər quldur ermənilər həmin torpaqları siyasi-diplomatik yollarlamı işgal etmişdi ki, indi də Azərbaycan onları siyasi-diplomatik yollarla geri alsın...
 
 
Burax sən allah bu boş-boş, quru sözdən başqa heç nəyə yaramayan “siyasi-diplomatik” oyunlarını, daha bir 30 il başımızı aldatmaqda davam elə görək, sonu harda bitəcək bu işlərin...
 
 
Azərbaycansa hazırda “Dağlıq Qarabağ probleminin” həlli ilə məşğul olmur, sadəcə olaraq öz haqqı olan, beynəlxalq hüquqa və beynəlxalq prinsiplərə uyğun formada, işgal altında olan torpaqlarını azad etməklə məşğuldur. İnşallah, bu iş uğurla başa çatsın, eybi yox bir dəfə də toplanarsınız və “mövcud problemin siyasi-diplomatik əsaslandırılması” məsələsini müzakirəyə çıxararsınız...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”