Nəcməttin Canabaz: "Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm"
İraq Türkləri, Türkmən qardaşlarımızın Azərbaycana dəstəyi davam edir.
Versus.Az xəbər verir ki, İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyi Ankaranın mərkəzi Çankayada daha bir dəstək aksiyası keçirib. Dərnək başkanı Nəcməttin Canabaz öncə Azərbaycan torpaqlarnın, Qarabağın işğal azad olunması uğrunda şəhid olan əsgərlərimizə rəhmət diləyib və onların ruhları qarşısında baş əydiklərini bildirib: "Qardaş Azərbaycanın haqq davasında hər an yanındayıq. ALLAH şəh idlərimizə rəhmət eləsin. Yaralılara tez sağalmalarını arzulayırıq. Bilirik ki, düşmən o qədər azğın, vəhşidir ki, mülki insanların yaşadığı, işlədiyi yerlərə mərmilər atır. Təəssüf ki, mülki insanlar arasında həlak olanlar və yaralılar var. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurub və artıq tarixi Azərbaycan torpaqlarının bir hissəsi, mühüm yüksəkliklər işğaldan azad edilib. Bu münasibətlə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm. Bakıdan gələn gözəl xəbərlərə sevininirik və davamını gözləyirik".
Nəcməttin Canabaz onu da ələvə edib ki, hər bir Türkmən gənci Qarabağ uğrunda döyüşlərə hazırdır. Əgər ehtiyac olarsa, Türkmən gəncliyi qədim Türk yurdu Qarabağda azərbaycanlı qardaşları ilə çiyin çiyinə düşmənə qarşı vuruşacaq. Sonra Qarabağla bağlı bəyanat qəbul edilib və Azərbaycana, Azərbaycan Ordusuna dəstək yürüşü davam edib. Ankarada yürüş edən Türkmən gənclər Türkiyə, Azərbaycan, Kərkük Türkməneli bayraqları ilə Azərbaycan, Qarabağ şüarları səsləndiriblər. "Qarabağ Azərbaycanındır", "Qarabağ Türk yurdudur", "Qarabağ bizimdir, bizim olacaq" şüarları Ankaranın ən böyük küçə və prospektlərini bürüyüb. Türkmən gənclər "işğalçı ermənilər, Qarabağı tərk edin", "Qarabağ işğalçılara məzar olacaq" deyə ermənilərə səsləniblər.
Ağanisə Sultan
Versus.Az