“Ordumuz Ali Baş Komandanın qətiyyətli mövqeyi ilə irəliləyir”

12:36 05-10-2020 | icon 662 | Siyasət
“Ordumuz Ali Baş Komandanın qətiyyətli mövqeyi ilə irəliləyir”

Fuad Əliyev: “Qısa zamanda Dağlıq Qarabağ tam olaraq Azərbaycana qaytarılacaq”

 

“Bu gün Ermənistan hərbi qüvvələrinin Azərbaycanın dinc əhali yaşayan, müharibə getməyən ərazilərini raket atəşinə tutması heç bir beynəlxalq hüquqa sığışmır, heç bir hərbi qaydalara uymur. Görünür ki, Ermənistan artıq məğlubiyyətə düçar olduğunu bilir və bu məğlubiyyət hissi ilə Azərbaycanı necə gəldi atəşə tutur”.

 

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Versus.az-a Ermənistan silahlılarının Azərbaycanın mülki əhalisini atəşə tutması səbəbləri ilə bağlı şərhində bildirib.

 

Partiya sədri qeyd edib ki, Ermənistan bu əməli ilə özünün terrorçu simasını da beynəlxalq ictimaiyyətə göstərmiş olacaq:

 

“Ermənistan hərb qaydalarını pozmaqla eyni zamanda 2-ci, 3-cü dövlətləri də bu müharibəyə cəlb etmək istəyir. Təbii ki, bu mümkün olan deyil. Artıq Azərbaycan ordusu Ali Baş Komandanın qətiyyətli mövqeyi ilə irəliləyir. Artıq rayonlarımız azad olunur. Yəqin ki, qısa bir zamanda torpaqlarımızı işğaldan azad edəcəyik və Dağlıq Qarabağ tam olaraq Azərbaycana qaytarılacaq”.

 

Partiya sədri terrorçu Ermənistanın Amerikadan gələn maliyyə qaynaqlarının da zədələndiyini deyib:

 

“Artıq Avropa İttifaqı və digər Avropa ölkələrindən bəyanatlar gəlir ki, ermənilər işğal etdikləri bölgələrimizdən çıxmalıdırlar. Bu artıq Paşinyana və Ermənistana edilən təzyiqlərdir. Ona görə ermənilər bu cinayətkar əməllərini törədir. Bizim ordumuz düşmənin layiqli cavabını verir və uğurlaq göz qabağındadır”.

 

Partiya belə bir vaxtda xarici ölkələrin liberal demokrat partiyalarına müraciətlər edərək, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması ilə bağlı bir sıra bəyanatlar verdiklərini və müsbət reaksiyaların olduğunu deyib:

 

“Partiyamız Azərbaycanın haqlı işində Azərbaycan Ordusunun, Ali Baş Komandanın yanındadır və bu mübarizəyə qatılmaq, qələbəyə öz töhfəmizi vermək üçün bütün imkanlarından istifadə edir. Artıq 10-yaxın müttəfiq partiyalarımız bizimlə bərabər Ermənistanın işğalçılıq siyasətini pisləyən çıxışlar edirlər. İnanırıq ki, qələbə bizimlədir!”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin