Sosial şəbəkədəki bu şeir hər kəsi ağlatdı

13:04 05-10-2020 | icon 7616 | Ədəbiyyat
Sosial şəbəkədəki bu şeir hər kəsi ağlatdı

Azərbaycan Ordusunun bütün əsgərləri hər bir azərbaycanlının düşüncələrindədir, fikrən onlarla yanaşı addımlayır. Havaların yağmurlu keçməsi ana-bacılarımızı, bütün qadınlarımızı narahat etməyə başlayıb...

 
 
Sosial şəbəkələrdə hər kəs Allahdan dua edir əsgərlərimizə. Belə bir vaxtda Ülviyyə Eyyubova adlı bir xanımın "facebook"-da yazdığı şeiri diqqətimizi çəkdi. Kimya müəlliməsi olan xanımın bu şeiri bütün Azərbaycan xalqının Azərbaycan əsgəri üçün dilədiyi duaların əks-sədasıdır.
 
 
Allah səni qorusun, Azərbaycan Ordusu, üşüyən əl-ayağını qazandığınız, bizə yaşatdığınız sevinc qızdırsın, inşallah!
 
 
Versus.Az həmin şeiri təqdim edir:
 
 
 

Payız, səndən bir ricam var,
Çox tələsmə...
Qoy geciksin boranlı qar!
Vətənimin yad əllərdə hələ əsir torpaqları,
Döyüşlərdə əsgəri var...
Tanrı olsun onlara yar.

 

Sən həlim ol, asta tərpən,
Leysan olub yağma birdən.
Bir az bəslə buludları ətəyində
Üşüməsin əsgərimin əli silah tətiyində.

 

Xəsislik et, gözəl payız,
Torpağıma su qatanda...
Yüngül olsun əsgərimin çəkmələri
Zirvələrə can atanda.

 
 
/05.10.2020/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...