“30 ildir don vurmuş Qarabağın buzu artıq əriyir”

13:45 05-10-2020 | icon 492 | Siyasət
“30 ildir don vurmuş Qarabağın buzu artıq əriyir”

Hafiz Hacıyev: “Növbə Zəngəzur, Göyçə, Vedibasarın da işğaldan azad olunmasına gələcək”

 

“30 ildir don vurmuş Qarabağın buzu artıq əriyir. Təbii ki, Ali Baş Komandanın, Ordumuzun qətiyyətli, cəsarətli addımı əridir bu buzları. Mən bu gün Ordumuzun şanlı qələbələrinə görə bütün xalqımızı, birinci növbədə Ali Baş Komandanı təbrik edirəm”.

 

Bunu Versus.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı Prezidentin xalqa son müraciətinə söykənərək bildirib:

 

“Bundan sonra kimlərin nə deməsindən asılı olmayaraq, işğal olunmuş ərazilərimizin azad olunması davam edəcək. Ali Baş Komandan dünən də çıxışında çox cəsarətli, qətiyyətli bir mövqe ortaya qoydu. Hər halda, Azərbaycan Ordusu irəliləyir. Bu uğur həm də onunla bağlıdır ki, bu günə qədər Azərbaycanın öz haqqını bərpa etməyə imkan vermək istəməyən daxili və xarici əks qüvvələrin bir-biri ilə təmas xəttləri kəsildi, ölkəmiz də içdən təmizləndi”.

 

H.Hacıyev bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesini uzatmaq olmaz. Çünki beynəlxalq təşkilatlar hər vəchlə ölkəmizə qarşı əks təbliğati işlərini aktivləşdirir:

 

“Azərbaycan xalqının yüksək döyüş ruhu, Azərbaycan Prezidentinin təkbaşına apardığı cəsarətli mübarizəyə əsaslanaraq deyə bilərəm ki, torpaqlarımız tezliklə azad olunacaq. Bunu istəməyən qüvvələr yasa batıblar. Onlar başqa nəticə gözləyirdilər, düşünürdülər ki, Ali Baş Komandan bu müharibədə uduzacaqdır və bu da onların əlinə yeni bir təzyiq aləti verəcək. Hər halda bizə mənəvi dəstək verən Türkiyə dövlətinə, cumhur başqanına da minnətdar olmalıyıq ki, hər an yanımızdadırlar”.

 

H.Hacıyev bildirib ki, bu gün Azərbaycan xalqı özünün ən böyük nailiyyətlərini əldə edir:

 

“Azərbaycan abırsız bir qonşu ilə üz-üzə qalıb. Lakin biz torpaqlarımızı işadan azad edib quruculuq işlərinə başlayacağıq. Eyni zamanda daxildə də hər bir sular durulmalıdır”.

 

Partiya sədri eyni zamanda deyib ki, Qarabağ torpaqları azad olunandan sonara, Azərbaycan öz tarixi torpaqlarının qaytarılması istiqamətində işlər görməlidir:

 

“Bu gün Azərbaycanın sərhədləri daxilində olan torpaqlarımızın erməni işğalından azad olunması prosesi gedir. Biz Azərbaycan dövlət sərhədlərini düşməndən təmizləyəndən sonra növbə tarixi torpaqlarımız olan, Zəngəzura, Göyçəyə, Vedibasarın işğaldan azad olunmasına da gələcək.  Torpaq niskili yaşayan ağsaqqal, ağbirçəklərimiz bir az da səbr etsinlər, qoy indiki sərhədlərimizi işğaldan təmizləyək, sonra tarixi torpaqlarımızı da qaytarmaq barədə düşünəcəyik”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol