"Bu gün Ermənistan beynəlxalq hüquqdan kənardır"

14:03 05-10-2020 | icon 250 | Siyasət
"Bu gün Ermənistan beynəlxalq hüquqdan kənardır"

Metyu Brayza: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır”

 

Azərbaycanın özünün işğal altında olan torpaqlarını azad etməyə tam haqqı var. 

 

Versus.Az xəbər verir ki, bunu Region Plus jurnalına müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib. 

 

“BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə var. Orada Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarını dərhal tərk etməyə çağırılır və döyüş əməliyyatlarının dayandırılmasına çağırış edilir. 1994-cü ildə döyüş hərəkətləri doğrudan da dayandırılıb, lakin Ermənistan hələ də buradan getməyib. BMT Təhlükəsizlik Şurasının qətnamələri beynəlxalq hüququn ən ali təzahürüdür. Buna görə də bu gün Ermənistan beynəlxalq hüquqdan kənardır və Azərbaycanın özünün işğal altında olan torpaqlarını qaytarmağa tam haqqı çatır”, - deyə Metyu Brayza bildirib. 

 

Onun sözlərinə görə, buna əmin olmaq üçün ABŞ-ın siyasətinə və hətta Nümayəndələr Palatasının son qətnaməsinə nəzər salmaq kifayətdir. Baxmayaraq ki, həmin qətnaməni erməni diasporunun güclü olduğu Kaliforniya ştatından olan konqresmenlər irəli sürüb. 

 

“Bu qətnamədə Azərbaycan aqressivlikdə ittiham olunur, lakin beynəlxalq hüququn pozulması və ya qanunazidd hərəkətlərdə günahlandırılmır. Məncə, bunun özü hər şeyi deyir”, - deyə Brayza bildirib. 

 

Qeyd edək ki, hazırda Metyu Brayza ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisidir. Onunla geniş müsahibəni Region Plus jurnalının Azərbaycanın əks-hücum əməliyyatına həsr olunacaq xüsusi buraxılışında oxumaq olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi