“Ermənistan düşünür ki, çıxış yolu qalmayıb”

16:17 05-10-2020 | icon 420 | Siyasət
“Ermənistan düşünür ki, çıxış yolu qalmayıb”

“Ali Baş Komandan Atəşkəsin şərtini dünən açıqladı, Yaşa, cənab Ali Baş Komandan!”

 

“Ermənistan düşünür ki, çıxış yolu qalmayıb. Ona görə də daxildə qarışıqlıq yaratmaq, milli birliyi pozmaq, əhalidə təşviş, panika yaratmaq üçün dinc əhalini atəşə tuturlar”.

 

Versus.Az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə son günlər erməni terrorçularının Azərbaycan ərazilərini, mülki evləri, insanları atəşə tutması ilə bağlı açıqlamasında bildirib.

 

İ.Ağazadə bildirib ki, ermənilərin bu cür azğınlaşaraq ətraf rayonları, dinc yaşayan bölgələri raket atəşi ilə vurması beynəlxalq aləmin diqqətini müharibəyə cəlb etməyə yönəlib. Onun sözlərinə görə, düşmən eyni zamanda, konfliktin həll olunmamasına çalışaraq Azərbaycanda qarışıqlıq yaratmaq istəyir:

 

“Ermənistan çalışır ki, Azərbaycan-Ermənistan münaqişəsinin bu gün atəşkəsə nail olunması üçün beynəlxalq aləm tərəfindən yeni cəhdlər olsun. Məqsəd budur. Biz dayanmamalıyıq, belə məsələləri müzakirə etməməliyik. Müharibədir, hər şey ola bilər. Şəhid də verəcəyik, yaralımız da olacaq, şəhərlərimizə bomba da atacaqlar. Amma biz dayanmadan irəli getməliyik. Birləşməliyik, hamımız bir əsgər kimi Ali Baş Komandanın ətrafında olmalıyıq və torpaqlarımızı azad etməliyik”.

 

Partiya sədri hesab edir ki, Ermənistan beynəlxalq təşkilatların diqqətini cəlb etməklə regionda atəşkəsə nail olmaq istəyir:

 

“Əlbəttə ki, bu da mümkün deyil. Ali Baş Komandan Atəşkəsin hansı şərtlə mümkün ola biləcəyini dünən açıqladı. Və mən deyirəm: Yaşa, cənab Ali Baş Komandan!” /hafta.az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi