“Azərbaycan xalqı fəxr etməlidir ki, bu müharibədə Ali Baş Komandan İlham Əliyevdir”

16:24 05-10-2020 | icon 452 | Siyasət
“Azərbaycan xalqı fəxr etməlidir ki, bu müharibədə Ali Baş Komandan İlham Əliyevdir”

 

Razi Nurullayev: Azərbaycan Prezidenti “Əl-Ərəbiyə” kanalında verdiyi müsahibəsində bütün dünyaya Qarabağ həqiqətlərini anlatmış oldu”

 

Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda apardığı mücadilə dünyanın gündəmində fərqli aspektlərdə müzakirə olunmaqdadır. Azərbaycan öz haqq işini müdafiə etmək üçün beynəlxalq təşkilatların dünya informasiya sistemində ölkəmizə qarşı qurduğu yalançı ittiham baryerlərini aşmaqdadır.

 

Beynəlxalq ictimaiyyət Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda düşmənin təxribatına cavab olaraq başlatdığı haqq işinə, hərbi qüdrətinə ləkə salmaq istəyir.

Qeyd edək ki, sözügüdən kanalın aparıcısı Rusiya və Fransanın Azərbaycanı ittiham edərək, guya Suriyadan gələn muzdluların Türkiyə vasitəsilə ölkəmizə gətirildiyinin iddia olunduğunu deyib.

 

Prezident İlham Əliyevin müxtəlif xarici telekanallara, eləcə də son olaraq “Əl-Ərəbiyə” telekanalına müsahibəsində Azərbaycanın haqq işini və bu prosesdə 30 ildir davam edən beynəlxalq təşkilatların məsələyə ikilistandartlı yanaşmalarını faktlarla ortaya qoyub.

 

Məsələni “hafta.az”-a şərh edən millət vəkili Razi Nurullayev bu ittihamları qərəzli, yalan hesab etməklə, ölkə prezidenti İlham Əliyevin bu suallara layiqli cavab verdiyini deyib:

 

“Cənab Prezident Əl-Ərəbiyə” kanalına müsahibəsində dedi ki, əgər belə ittihamlar səsləndirirlərsə ortaya fakt qoymalıdırlar. Bu günə qədər Azərbaycana heç bir dəlil göndərilməyib. Ona görə də bunlar sadəcə boş sözlərdir”.

 

Millət vəkili təəssüflə bildirib ki, dünya liderlərinin bəziləri, o cümlədən Emanuel Makron və bir çox beynəlxalq təşkilatların nümayəndələri ermənilərin feyk məlumatlarına əsaslanıb dəlilsiz, sübutsuz bəyanatlar səsləndirirlər. Onun fikrincə, bu, çox qeyri-profesional yanaşmadır və biabırçılıqdır:

 

“Cənab Prezident “Əl Ərəbiyə” kanalına müsahibəsində də qeyd etdi, Azərbaycanın 100 min ordusu var. Azərbaycanın başqa ölkələrdən əsgər gətirməyə, silah gətirməyə ehtiyacı yoxdur. Azərbaycan bu gün özü-özünü lazım olan silahla, əsgərlə təmin edə bilir”.

 

R.Nurullayev bildirib ki, özlərini bu şəkildə yazıq göstərən təxribatçı erməni Azərbaycan xalqının hissiyyatını təhqir etməzdən əvvəl düşünməliydi. Ermənistan beynəlxalq ictimaiyyət içərisində çaşqınılıq yaradıb özünü yazıq kimi göstərməyə, boynunu bükməyə öyrənib:

 

“Şuşada qondarma rejimin Prezidentinin andiçmə mərasimini keçirəndə o əyri ayaqları ilə Azərbaycanın milli rəqsinə yallı gedən Paşinyan bununla Azərbaycan xalqına təhqir mesajları göndərəndə cavabını almalıydı. Onun üçün də erməni xalqı Paşinyanı devirməlidir, Ermənistanı cəzalandırmalıdır, Paşinyanı dar ağacından asmalıdır. Azərbaycan xalqı bu gün bu müharibədən əziyyət çəkirsə, buna görə Paşinyan cavab verməlidir.

Düşünürəm ki, Azərbaycan Prezidenti “Əl-Ərəbiyə” kanalında verdiyi müsahibəsində bütün dünyaya Qarabağ həqiqətlərini anlatmış oldu. Ondan əvvəl də “Əl-Cəzirə” kanalına  və digər kanallara verdiyi müsahibədə çox böyük profesionallıq  və həqiqətləri doğru-dürüst izahetmə yanaşması ilə yadda qaldı. Azərbaycan xalqı fəxr etməlidir ki, bu gün bu müharibədə Ali Baş Komandan İlham Əliyevdir. Bütün dünyada Azərbaycanın Ali Baş Komandanı ilə Ermənistanın baş komandanını müqayisə etmək imkanı yarandı. Paşinyan küçə uşağı, psixapat, axamaq fikirləri ilə yadda qaldı. O, insanların üzündə isteza və nifrət yaradan bir lidercikdir”.

 

R.Nurullayev Azərbaycan ordusunun erməni təxribatlarına qarşı əks hücuma başladığı 27-sentyabrdan bu yana Fransa prezidenti Makronun, istərsə də digər beynəlxalq təşkilatların Azərbaycanı haqq yolundan dayandırmağa doğru etdiyi cəhdlər, bəyanatlar, ittihamlar səsləndirsə də, ölkəmizə qarşı hər hansı real addımlar atacağını gözləmədiyini vurğulayıb:

 

“Onlar bəyanatları ilə kifayətlənəcəklər. Azərbaycana qarşı hər hansı praktik addım atsalar, bu onların ikiüzlüyünü ortaya qoyacaq. Bu o deməkdir ki, prosesi dünya müharibəsinə çəkirlər. Hazırda üçüncü, dördüncü tərəflərin müharibəyə cəlb olunması prosesi gedir

zərbaycan haqlıdır və dünya bunu BMT qətnamələrini qəbul etməklə təsdiq edib. BMT Azərbaycanın ərazi bütövlüyünü təsdiq etməklə bu mübahisəyə çoxdan aydınlıq gətirib. İndi öz qərarlarına qarşı çıxsalar, bu, ikiüzlülükdən xəbər verər. Ona görə də onların Azərbaycana qarşı çıxış etməsi üçün heç bir sübutları, dəlilləri yoxdur. Belə addım ata biləcəklərini düşünmürəm”.

 

Millət vəkili Ali Baş Komandanın müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü şərtləri bir daha xüsusi vurğu ilə qeyd etdi:

 

“Dünən Prezident İlham Əliyev şərtləri “Əl-Ərəbiyə” kanalına da açıqladı. Bunu “Əl-Cəzirə” kanalına da açıqlamışdı. Burda bir neçə şərt var: düşmən qoşunlarını Azərbaycan ərazilərindən çıxartsın; Azərbaycandan üzr istəsin; Azərbaycan öz ərazi bütövlüyünü təmin etsin; Ermənistan desin ki, Qarabağ Ermənistanın deyil...

Bundan sonra ermənilər də gəlib Azərbaycan ərazilərində başqa xalqlar kimi yaşaya bilərlər. Bu qədər sadə. Başqa şərtlər daxilində ermənilərlə atəşkəsdən söhbət gedə bilməz”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı