Yaralıların sayı 590-a çatdı - FOTO/VİDEO/YENİLƏNİB

11:21 06-10-2020 | icon 370 | Dünya
Yaralıların sayı 590-a çatdı - FOTO/VİDEO/YENİLƏNİB

Bişkekdə etirazçılar şəhər meriyasının binasını ələ keçiriblər. 

 

Bununla bağlı 24.kg agentliyinə Bişkek meri Aziz Surakmatov məlumat verib. 

 

Bundan başqa, Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, polislə toqquşmalar nəticəsində Bişkekdə 590 nəfər yaralanıb, bir nəfər ölüb. 

 

05:38

Qırğızıstanda parlament seçkilərinin nəticələrinə etiraz edən nümayişçilər sabiq baş nazir Sapar İsakovu da həbsxanadan azad ediblər. 

Bununla bağlı 24.kg agentliyi məlumat yayıb. 

Qeyd edək ki, 2017-2018-ci ildə Qırğızıstanda hökumət başçısı olan İsakov Moldovanka kəndindəki həbsxanada saxlanılırdı.

 

05:30

Bişkekdə etirazçıların tutduğu parlament binasında yanğın başlayıb. 

REN TV xəbər verir ki, binanın dördüncü mərtəbəsi alova bürünüb. 

Nümayişçilərin sözlərinə görə, naməlum şəxs qəsdən binaya od vurub. 

Etirazçılar jurnalistlərdən hadisə yerinə yanğınsöndürənləri çağırmağı istəyiblər. 

 

 

02:50

Bişkekdə etirazçılar Dövlət Təhlükəsizlik Xidmətinin binasına daxil olublar. 

Bununla bağlı “RİA Novosti” məlumat yayıb. 

Bildirilib ki, nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi azad ediblər.

 

 

01:39

Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılar prezident administrasiyasının da yerləşdiyi parlament binasını nəzarətə götürüblər. 

 

Bu barədə TASS agentliyi məlumat yayıb. 

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə iki saat davam edən qarşıdurmadan sonra bir qrup nümayişçi hasarlanmış parlament binasına daxil olmağa müvəffəq olublar.

 

Qeyd olunur ki, etirazçıların hücum etdiyi binada prezident administrasiyası əməkdaşlarından və parlamentarilərdən heç kim olmayıb.

 

01:00

Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılarla polis arasında baş verən toqquşmalarda yaralananların sayı 16-ya çatıb.

 

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Son məlumata görə, Qırğızıstan paytaxtının mərkəzində polislə nümayişçilər arasında şiddətli qarşıdurmalar davam edir.

 

Etirazçılar taxta parçaları, armatur və səki daşları ilə hüquq mühafizə orqanlarına hücum edib.

 

Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstan Respublikasında parlament seçkiləri keçirilib.

 

Bir qrup vətəndaş çoxsaylı qanun pozuntularına əsas gətirərək, seçkilərin nəticələrini qəbul etmir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin