Koronavirusun ağrıkəsicilik XÜSUSİYYƏTİ

11:58 06-10-2020 | icon 613 | Sağlamlıq
Koronavirusun ağrıkəsicilik XÜSUSİYYƏTİ

SARS-CoV-2 virusu ağrıları yüngülləşdirə bilir. Bu, bəzi yoluxmuş insanların nəyə görə şiddətli simptomlarla qarşılaşmadığını, lakin patogeni yaya biləcəyi səbəbini izah edir.

 

Lenta.ru-nun məlumatına görə, Arizona Universitetinin alimləri uzun araşdırmalardan sonra belə qənaətə gəliblər. Onlar virusun anesteziya üçün faydalı ola biləcək gözlənilməz xüsusiyyəti barədə “Pain” jurnalında məqalə dərc ediblər.

 

Tədqiqatçılar ağrıkəsici təsirin koronavirusun insan hüceyrələrinə daxil olmasına imkan verən “S-zülalı”ndan qaynaqlandığını düşünürlər. Bu birləşmə ağrı hisslərinin meydana gəlməsi ilə əlaqəli siqnalların ötürülməsinə də maneə törədir. Bunun səbəbi, “S-zülalı”nın yalnız “ACE2” reseptoru ilə deyil, həm də neyronlarda membran zülalı olan “neyropilin-1” ilə birləşməsidir.

 

“Neyropilin-1” qan damarlarının inkişafında mühüm rol oynayan, eyni zamanda xərçəng və revmatoid artrit kimi xəstəliklərlə əlaqəli damar endotelial böyümə faktoru A (VEGF-A) ilə əlaqəlidir. Bu vəziyyətdə ağrıya səbəb olan neyronların hiperqıcıqlanması meydana gəlir. “S-zülal”la bağlanma da oxşar təsirə malikdir.

 

Gələcək tədqiqatlarda alimlər “neyropilin-1”in opioid olmayan dərmanlarla ağrıları azaltmaq üçün necə istifadə edilə biləcəyini araşdırmağı planlaşdırırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol