“Azərbaycan apardığı mübarizədə qalib gələcək”

12:18 06-10-2020 | icon 701 | Sağlamlıq
“Azərbaycan apardığı mübarizədə qalib gələcək”

Rəşad Mahmudov: “Azərbaycan əsgərinin sağlamlığının qorunması üçün səhiyyə işçiləri var gücü ilə çalışır”

 

“Azərbaycan apardığı mübarizədə qalib gələcək”.

 

Versus.Az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib.

 

O bildirib ki, tarixi ədalətin bərpa ediləcəyinə əmindir:

“Buna heç kimin şübhəsi yoxdur. Hamıya məlumdur ki, müharibə aparmaq rahat iş deyil. Müharibənin ön və arxa cəbhə olmaqla, iki hissəsi var. Müharibənin müddəti uzandıqca arxa planda ordunun və əsgərlərin təhlükəsizliyini təmin etmək üçün bir çox sahələrin işlərini effektiv təşkil etməyə ehtiyac var.

Bu gün arxa cəbhədə Azərbaycan əsgərinin sağlamlığının qorunması üçün səhiyyə işçiləri də var gücü ilə çalışır. Necə ki, koronavirus dövründə səhiyyə işçiləri öz işlərini ortaya qoydu, bu gün də öz işlərini layiqincə görürlər.

Bu gün insanların böyük izdiham içində qan vermək və bu kimi məsələlərlə üz-üzəyik. Bu gün Azərbaycanın səhiyyə siyasətinin icraçıları da əlindən gələni etməyə çalışır. Bu gün sadəcə ordu sıralarında olan səhiyyəçilər deyil, ölkəmizin özəl müəssisələrində çalışan səhiyyə işçiləri də ön cəbhədə öz işlərini görməyə davam edirlər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...