Mövlud Çavuşoğlunun Azərbaycana gəlişinin əsas MƏQSƏDİ

15:30 06-10-2020 | icon 329 | Siyasət
Mövlud Çavuşoğlunun Azərbaycana gəlişinin əsas MƏQSƏDİ

"Türkiyə həmişə Azərbaycanın yanında olacaq"

 

“Azərbaycanın öz torpaqlarda Ermənistanın silahlı qüvvələrinin təcavüzünə qarşı apardığı mübarizə dönəmində Türkiyə dövlətinin və xalqının qardaş Azərbaycan xalqına dəstəyini göstərmək üçün bu gün Azərbaycana gəlmişəm”.

 

Versus.Az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu keçirilən brifinqdə bildirib.

 

Onun sözlərinə görə, Türkiyə həmişə Azərbaycanın yanında olacaq:

 

“Biz bu gün də, sabah da Azərbaycanın yanında olacağıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və türk xalqının sizlərə salamı var. Bütün dünyaya demək istəyirik ki, Dağlıq Qarabağ Azərbaycanındır.

Azərbaycanın işğal olunmuş torpaqları bütün qərarlara rəğmən, bu günə kimi qaytarılmayıb. Heç bir beynəlxalq qərarlar icra olunmadı. Bir milyondan artıq məcburi köçkün öz evlərinə köçmək üçün gözləyir”.

 

O qeyd edib ki, Ermənistan hər zaman Azərbaycan torpaqlarına təcavüz edib:

“Onlar mülki şəxslərə və orduya hücum etdilər. Ermənistan silahlı qüvvələri Gəncəyə, Mingəçevirə, Xızıya, Abşerona hücum edir. Bu, insanlıq günahıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı