Deputatdan ABŞ-da yaşayan soydaşlarımıza və bütün türk diasporlarına ÇAĞIRIŞ

17:32 06-10-2020 | icon 358 | Siyasət
Deputatdan ABŞ-da yaşayan soydaşlarımıza və bütün türk diasporlarına ÇAĞIRIŞ

Qənirə Paşayeva: "Bu addımları atmaqla, şərəfli bir işə töhfə vermis olacaqsız"

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ABŞ-da yaşayan soydaşlarımıza və bütün türk diasporlarına çağırış edib.

 

Versus.Az xəbər verir ki, billət vəkilinin müraciətində bildirilir:

 

Azərbaycanın müzəffər Silahlı Qüvvələri öz xilaskarlıq missiyasını qətiyyətlə davam etdirir. Bizim uzun illərdir sülhə, birgəyaşayışa, beynəlxalq hüquqa səslənişimiz, səmimi çağırışlarımız nə qarşı tərəfdə, nə də sülyaratma missiyası daşıyanlarda məqbul və qəti bir hərəkət doğurmadı. Əvəzində, işğalçı ilə işğala məruz qalanı eyni tutmaq, eyni çağırışlar etmək “ənənəsi” yarandı və təbii ki, işğalçı bundan şirniklənərək, danışıqlara, sülhə xidmət edən addımlara, necə deyərlər, qeyri-ciddi mövzu kimi baxmağa başladı. Demokrat qiyafəli, ancaq birmənalı şəkildə işğalçı zehniyyətli Paşinyanın inqilabla hakimiyyətə gəlməsindən sonra isə vasitəçilər bizi konstruktiv danışıqlara daha çox inandırmağa çalışdı; lakin həmin o vasitəçilər Paşinyanın öz hakimiyyətini müəyyən qədər möhkəmlədən kimi, sələflərindən daha betər açıqlama və hərəkətlərdə bulunmasının qarşısını almadı. Özəlliklə, Xankəndində “Qarabağ Ermənistandır. Nöqtə” avantürasına yol verən “demokrat” Baş nazir, özünü o qədər arxayınlamış saydı ki Şuşanı su yoluna döndərdi, qondarma rejimin qondarma prezidentinin “andiçmə” mərasimini Şuşada təşkil etdi, həmin o qondarma rejimin sözdə parlamentini Şuşaya köçürmək təlimatı verdi; bunlar da yetmirmiş kimi, iyulda cəbhənin Tovuz istiqamətində hücum aktına, hərbi təxribata imza atdı. Ardınca – avqust ayında Goranboy istiqamətinə diversiya-təxribat qrupu göndərdi; nəhayət, bütün bunların mənqtiqi – daha doğrusu, məntiqsiz sonluğu olaraq, 27 sentyabr, səhər saat 06.00-da Qarabağda irimiqyaslı hücuma çalışdı. Və bu, “bardağı daşıran son damla” oldu! İndi bütün cəbhə boyu ağır zəbələr alan işğalçı ordu ya sıradan çıxarılır ya da qaçır. Sülh meydanında ərköyünlük, şıltaqlıq edən Paşinyan, hərb meydanında çarəsiz qalıb və son ümid kimi başqa dövlətləri yenidən aldadıb anti-Azərbaycan davranışlarına sövq etmək yaxud da, bölgəyə müdaxil etməyə çalışır. 

 

Erməni lobbisinin bütün dünyada, özəlliklə də, Minsk qrupunun həmsədri olan ABŞ, Fransa və Rusiyada çox fəallaşdığını görürük. (Həmsədr Fransanın prezidenti Makronun cənfəşanlığı isə daha çox seçilir və heç də təsadüfi xarakter daşımadığını deyə bilərik.)

 

Müzəffər ordumuzun hər saat, hər gün şanlı qələbələr qazanması, Ermənistanı, erməniyanlıları – onların açıq və gizli havadarlarını daha da qəzəbləndirir; havadarlar nə yolla olursa olsun, rəşadətli Azərbaycan əsgərni durdurmağa çalışır. 27 sentyabra qədərki aqressiv və nifrət dolu fəaliyyətlərindən nəticə ala bilməyən erməni lobbisi, ABŞ Konqresdə Nümayəndələr Palatasının müzakirəsinə 1165 saylı bədnam qətnamə çıxarmağa hazırlaşır. Bu işə Konqresin erməni qrupunun həmsədrləri Jackie Speier və Frank Pallone başçılıq edir. Onların hər ikisi demokratdır, erməni genosidi aktının həmsponsoru olublar. Jackie Speier təqdim edəcəyi Azərbaycan əleyhinə 1165 qətnaməyə Nümayəndələr Palatasının artıq 46 üzvündən dəstək imzası alıb. Ümumiyyətlə isə Konqresin erməni qrupunun üzvlərinin (https://anca.org/armenian-caucus) sayı 116-dır (Nümayəndələr Palatasının üzvlərinin ümumi sayı 435-dir).

 

Bir məqamı da vurğulayaq ki, erməni qrupu üzvləri arasında demokratlar və respublikaçılar da var; amma bu o demək deyil ki qrup üzvləri bir nəfər kimi qətnaməni dəstəkləyəcək; sadəcə, qarşıdan gələn seçkilər işlərə öz təsirini göstərir. Çünki yenidən seçilmək istəyənlərin, illərdir strukturlaşmış erməni lobbisinin dəstəyinə ehtiyacı var.

 

Hazırda ABŞ-da Azərbaycan icmasının üzvləri 1165 saylı qətnamənin qəbulunu dayandırmaq üçün imzatoplama kampaniyası təşkil edib; bununla yanaşı hər kəs yaşadığı ştatı təmsil edən Nümayəndələr Palatasının üzvlərinə telefon açır, məktub yazıb, Azərbaycan həqiqətlərini çatdırır – biz bunu alqışlayırıq, haqq işinə könül verən, zəhmət çəkən, vaxt ayıran hər kəsə təşəkkür edirik; lakin, etiraf edək ki görülmüş işi yetərli sayıb, arxayınlaşmaq olmaz. Təxmini hesablamalara görə, ABŞ-da 40 mindən çox həmvətənimiz yaşayır. Mən istər Azərbaycan Respublikasından, istər Güneydən, istər dünyanın bir başqa yerindən ABŞ-a köçmüş bütün soydaşlarımıza, eləcə də, ABŞ-dakı türk diaspor qurumlarına, türk dünyası kökənli ABŞ vətəndaşlarına müraciət edir, onları haqqın-ədalətin yanında olmağa çağırıram. Bugün Ermənistan və erməniyanlılar şəri, ədalətsizliyi, Azərbaycan, Azərbaycansevərlər haqq və ədaləti təmsil edir. Hər kəs əlini ürəyinin üstünə qoyub, özü qərar versin – tarix boyu davam etmiş Xeyir-Şər mübarisəzində hansı tərəfdə olmaq istər?.. Biganəlik isə… hazırkı durumda Şərin yanında olmaqdan fərqlənmir…

 

ABŞ-da yaşayan əziz həmvətənlər, soydaşlar! Yaşadığınız ərazidə yerli, ştat və federal səviyyədə sizi təmsil edən Nümayəndələr Palatasının və Senatın üzvlərini hazırkı durumla bağlı bilgiləndirmək üçün onlara məktub göndərin, zəng edin, sosial şəbəkələrdə, özəlliklə, “twitter”də fəal olun və lütfən, bu “bağlantı”lara daxil olub, imzatoplama kampaniyasına qoşulun:

 

https://www.votervoice.net/AZERI/Campaigns/77593/Respond?vvsn=BTcAAgENACZ8SAptIDX7BAA&fbclid=IwAR0qT6aa5xeW1m4bnZPK9Ov4rNJcZ21pbmeB79Rn4O6juP6UyzzvQtYYxyQ

 

https://www.petition2congress.com/ctas/open-letter-regarding-azerbaijans-war-with-armenia-speier-resolution?fbclid=IwAR0MLxAEvv3nfMSKiZdEMuk_ymc4zkpSZmRVaPDjtRwi3fvMhyBQ1DxZbHA

 

 

Bu xüsusi çətinliyi olmayan addımları atmaqla, şərəfli bir işə töhfə vermis olacaqsız!

 

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı