"Azərbaycan Ermənistan tərəfini xeyli təəccübləndirdi"

17:41 06-10-2020 | icon 335 | Siyasət
"Azərbaycan Ermənistan tərəfini xeyli təəccübləndirdi"

Metyu Brayza: “Azərbaycan bir neçə həftə ərzində hərbi məqsədlərinə nail olacaq”

 

"Bu məqsədlər Qarabağda bəzi və ya böyük bir ərazini geri almaqdan ibarətdir".

 

 

Bunu Türkiyənin DHA informasiya agentliyinə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Azərbaycan və Ermənistan arasında gərginliklə bağlı danışarkən deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar hələlik çox uğurludur:

 

“Qənaətimcə, Azərbaycan Ermənistan tərəfini xeyli təəccübləndirdi. Azərbaycan Türkiyədən aldığı və arsenalına daxil etdiyi pilotsuz uçuş aparatları və silahlı pilotsuz uçuş aparatlarından istifadə edərək, Ermənistanın hərbi gücünü bir-bir məhv edir”. 

 

M.Brayza bildirib ki, Ermənistan bu dron hücumlarının qarşısını ala bilmir:

 

“Fikrimcə, Azərbaycan bir neçə həftə ərzində hərbi məqsədlərinə çatacaq. Bu məqsədlər Qarabağda bəzi və ya böyük bir ərazini geri almaqdan ibarətdir. Ardınca da Azərbaycan güclü mövqe ilə siyasi razılaşma yoluna gedə biləcək. Mən toqquşmaların bu cür başa çatacağını düşünürəm”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI