"Məhərrəmlikdə özünə xətər yetirmək uydurulmuş hərəkətlərdir"

20:59 21-08-2018 | icon 595 | Cəmiyyət
"Məhərrəmlikdə özünə xətər yetirmək uydurulmuş hərəkətlərdir"

Bu il Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra Aşura olacaq.

 

Versus.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

M.Qurbanlı bildirib ki, Məhərrəm ayı ilə əlaqədar komitənin tədbirlər planı icra olunacaq. Bu plana uyğun olaraq görüşlər keçiriləcək, müzakirələr aparılacaq.

Komitə sədri əlavə edib ki, Məhərrəm ayında insanlar məscidlərdə dini ayinləri müasir dövrün tələblərinə uyğun icra edirlər:

 

"Fikrimcə, bu il də bununla əlaqədar heç bir problem olmayacaq. Dini ayinlər məscidlərin imamları tərəfindən icra edilir. Həmin imamların həm namazı idarə etməsi, həm də xütbələr zamanı söylədiyi fikirlər islami dəyərlərə söykənir. Məhərrəm ayındakı mərasimlərdə bəziləri xurafat elementlərini təkrarlamaq istəyir, bunlar isə yolverilməzdir".

 

M.Qurbanlı qeyd edib ki, Məhərrəm ayında Qafqaz Müsəlmanları İdarəsinin çağırışı ilə hər il qanvermə aksiyası keçirilir. Bu çağırışlar son illərdə Türkiyə və İranda da tətbiq olunur:

 

"Məhərrəmlikdə zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir. Əgər dini ayinlərin icrası zamanı belə hallar olacaqsa, dini ayinlərin icrasında yol verilən nöqsan olacaq".

 

Gözəl Nəvəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI