"Azərbaycan artıq 1992-ci illərin Azərbaycanı deyil" - Müsahibə

12:46 07-10-2020 | icon 732 | Siyasət
"Azərbaycan artıq 1992-ci illərin Azərbaycanı deyil" - Müsahibə

Tənzilə Rüstəmxanlı: “Qələbə tarixini qətiyyətli Ordumuz, Ali Baş Komandamızla birlikdə yazacağıq”

 

Azərbaycan Şanlı Ordusu Ermənistan silahlı qüvvələrinin uzun illərdir Azərbaycanda törətdiyi soyqırımlar, qətliamlar, talanlar quldurluqla qəsb etdiyi ərazilərimizi geri qaytarmaq naminə rəşadətlə vuruşur.

 

Bütün Azərbaycan  Dağlıq Qarabağ və digər rayonlarımızın azadlığı naminə yerli əhali ilə yanaşı, dünyada yaşayan azərbaycanlıların bu prosesdə sərgilədiyi mövqeni birmənalı olaraq ruh yüksəkliyi, birliyin nümayişi ilə müşahidə edir. Azərbaycan öz haqları uğrunda savaşır və dünya güclərinin, eləcə də işğalçıya havadarlıq edən ikiüzlü beynəlxalq təşkilatları beynəlxalq hüququ tanımağa, ərazi bütövlüyümüzə hörmət etməyə təşviq edir. Dünya Azərbaycanın münaqişəsinə nə dərəcədə həssalıq nümayiş etdirir, ümumiyyətlə bundan xəbərləri varmı?

 

Versus.Az xəbər verir ki, Türk Qadınları İctimai Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı müsahibəsində mövcud durumda dünyanın nəzərlərinin daha çox yönəldiyi nüanslara toxunub.

 

- Tənzilə xanım, dünya azərbaycanlıları “Qarabağ” deyir və bu istiqamətdə xaricdə keçirilən dəstək aksiyalarının şahidi oluruq. Bu gün diasporalarımızın xüsusi ilə fəallığına ehtiyac var. Mövcud vəziyyətlə bağlı diaspora faəliyyətimiz nə dərəcədə qanedici hesb etmək olar?

 

- Bu gün dünya gücləri Azərbaycanın haqq səsini eşitmək istəmir. Bu hamımıza aydındır. Biz bir diaspora təşkilatı olaraq təbii ki, öz fəaliyyətimizi məhz həqiqətlərin dünyaya doğru-dürüst çatdırılmasına yönəltmişik. Bizim bu istiqamətdə apardığımız fəaliyyəti müsbət hesab etmək olar və davam edir. Bizim fəaliyyətimiz heç də erməni diasporalarından zəif deyil.  Erməni lobbisinin, diasporasının üstünlüyü bizim zəif fəaliyyət göstərməyimizlə deyil, sadəcə ermənilərin uzun illərdən bəri böyük dövlətlərdə yaşayıb kök salması, məkirli siyasətlərinə bağlıdır. Eyni zamanda erməni diasporası xarici ölkələrdə 600 ildən çoxdur ki, var və kökləri çox dərinə işləyib. Biz müstəqillik qazandığımız vaxtdan xalqın, türkün birlik gücü ilə öz haqq səsimizi təşviq edirik. Azərbaycanın tarixən təcavüzə məruz qaldığımızı, ermənilərin Azərbaycanda törətdikləri soyqırımları, cinayətləri barədə dünyanı məlumatlandırırıq.  Son bir neçə ildə xaricdə çox böyük tədbirlər keçirmişik. Biz erməni kimi öz fəaliyyətimizi yalanlar üzərində qurmamışıq, biz milyonlarla vəsaitlər xərcləyib tariximizi saxtalaşdırmamışıq. Biz sadəcə bizim olan haqqı istəmişik və istəyirik. Axı biz öz vətənimizdən ayrılmağı sevmirik, erməni kimi dünyaya səpələnmiş şəkildə yaşamaq istəməmişik. Onlar isə hər yerə səpələniblər  və millətçi antitütk siyasəti ilə bizə qarşı çıxışlar ediblər. İlk baxışdan onların xarici ölkələrdə çoxluq təşkil etməsi bir çox hallarda daha çox erməni dəstəkçisi olduğunu meydana çıxarır.

 

- Bu gün Azərbaycan ərazilərində gedən müharibələrin gündəmdə olduğu bir vaxtda Dünya qadınlarının, dünya güclərinin  Qarabağda gedən bu döyüşlərin dayandırılması ilə bağlı hansı münasibəti sərgilədiyi müşahidə olunur?

 

- Azərbaycanı tanıyan, onun qarşılaşdığı problemləri dərindən bilən Türkiyə və digər dost  dövlətin qadınlarından başqa , Qarabağ məsələsi kimsənin umrunda deyil. Dünən və bu gün də regionun ən vandal dövləti tərəfindən ədalətsizliyə, təcavüzə uğrayan Azərbaycanın müdafiəsinə qalxmaq istəmir. Ölkəmiz illərdir öz problemləri ilə baş-başadır. Dünya qadınları yaşadıqları ölkələrin apardığı siyasətə uyğun olaraq həqiqətləri görə bilir, yaxud onun üçün özünün qayğıları hər şeydən öndə dayanır. Mən Türkiyədə bir ananın öz oğlunu necə vətəni uğrunda döyüşlərə göndərməsinin şahidi olmuşam və  həmişə türk qadının bu gücü qarşısında gözlərim yaşarıb, bundan çox fəxarət duymuşam. Bu gün Azərbaycan qadınları, analarında da o ruhu görürəm.

Azərbaycan qadını bu gün torpağımızı yağı düşməndən qanı, canı hesabına qoruyan igid oğul böyüdən anadır. Bu gün Azərbaycan qadını bu vətən uğrunda savaşan rəşadətli ordunun, əsgərinin yanındadır. Döyüşə gedən oğlu bu gün bizim anaların fəxridir. Bu gün Azərbaycan qadınının oğlu vətən uğrunda şəhid olur və  o, evinə gələn şəhid oğlunun gəldiyi yolu öpür, “ qürurumsan, səni bu torpaqğa amanat edirəm”- deyir. Azərbaycan qadını qəhrəmanlar yetişdirən anadır.

Lakin bu gün Azərbaycan həqiqətləri yenə də beynəlxalq təşkilatların, güc dövlətlərinin təsirlərinə məruz qalır. Beynəlxalq təşkilatlar Azərbaycanın probleminə barmaqarası yanaşır və yenə də gözü kor, qulağı kardır. Guya onlar Qarabağın kimin əraziləri olduğunu bilmirlər, regionda kimin müharibənin başladığını görmürlər?!.  Guya  o beynəlxalq təşkilatlar, Makron özü Xocalıda törədilən soyqırımı bilmir?!. Sanki Azərbaycan ərazilərindən köçkün-qaçqın düşən 1 milyondan artıq insanımızı görmədi, guya  1988-ci ildə  200 min azərbaycanlının İrəvandan – öz –dədə-baba yurdundan necə qovulduğunu bilmədilər. Əlbəttə ki, hamısını, hər şeyi yaxşı bilirlər. Sadəcə Azərbaycanın həqiqətlərinə göz yumurlar. Üstəlik, ikiüzlü, riyakar bəyanatları ilə Azərbaycanın haqq müharibəsini  dayandırıb yenidən mənasız danışıqlara başlamaq üçün bəyanatlar verirlər. Bu təşkilatlardan soruşmaq lazımdır, 30 ildir sənin apardığın bu danışıqlarda niyə heç bir irəliləyişə nail olmadınız?!.

Son günlər Fransa prezidenti açıq şəkildə erməni mövqeyindən çıxış edərək,  Azərbaycanı regionda müharibə apardığına görə ittiham edir. İndi də yalanlar yayırlar ki, guya Azərbaycan Türkiyə vasitəsi ilə Suriyadan müzdlu döyüşçülər gətirib. Bunlar yenə də türkün düşməni kimi çıxış edirlər.  Öz  ölkəsində terrorçu yetişdirən dövlət bu gün bizi ittiham edir.  Cənab Prezident İlham Əliyev son günlər xarici telekanallara verdiyi müsahibəsində bu məsələlərə çox qətiyyətli şəkildə  toxundu və Fransadan bu ittihamla bağlı dəlillər təqdim etməsini tələb etdi. Lakin Prezidentin də dediyi kimi onlar bunu edə bilməyəcəklər. Çünki bunun yalan olduğunu  yaxşı bilirlər. Bu təbii ki, Azərbaycana qarşı yönələn növbəti yalan, növbəti riyakrlıqdır. Azərbaycana qarşı təsirlər bununla bitmir. Bilirik ki, dünyanın ən nüfuzlu təşkilatı olan BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması, boşaldılması ilə bağlı qətnamələr qəbul edib. Həmin qətnamələr beynəlxalq hüquqda tanınıb və qəbul olunub. O zaman bu qurumlar nəyə əsasən belə bəyanatlarla Azərbaycanın haqq səsini, ədalətli müharibəsini ləkələməyə çalışırlar. Niyə BMT qəbul etdiyi qətnamələri icara etmir. Niyə bu təşkilat öz hüquqlarına hörmətsiz yanaşır. Bu yeni bir məsələ deyil. Beynəlxalq qurumlar ermənilərin Xocalıda törətdiyi soyqırımını da tanımayıblar. Azərbaycan torpaqlarının işğal olunması faktını qəbul etmirlər. Niyə, maraqları nədir? Yəni bu gün də görünən odur ki, dünya gücləri Azərbaycana qarşı hər zaman ədalətsiz mövqedə dayanıb və bü gün həmin münasibət ermənilərin Azərbaycanın cəbhə xəttindən kənarda olan mülki yaşayış evlərini, bombalayıb mülki əhalinin ölümünə səbəb olması ilə müşahidə olunmur. Guya, bu gün bizi danışıqları bərpa etməyə çağıran və bizi müharibə aparan tərəf kimi ittiham edən Fransa dövləti , Avropa, BMT nümayəndələri Ermənistanın Azərbaycanın müharibə olmayan rayonlarını raket atəşinə tutduğunu görmürlər?!. Əgər ədalət axtarırlarsa, o zaman niyə şəhərlərimizin raket atəşinə tutulmasına görə Ermənistana sərt bəyanat vermir. Təbii ki, biz bu qurumların ikiüzlü xislətini artıq illərdir bilirik. Ona görə də artıq bir necə gündür ki, Cənab Prezident, Ali Baş komandan sonsuz dərəcədə böyük iradə ortaya qoyaraq dünya güclərinə verdiyi müsahibələrdə bütün faktları detalları ilə göstərdi. Beynəlxalq güclərə bir müəllim kimi dərs verdi. Azərbaycan Prezidenti düşmənin torpaqlarımızdan çıxarılması ilə bağlı öz qəti şərtlərini də irəli sürdü. Şərtlər bəllidir. Ermənistan işğalçıları son adamına qədər Azərbaycan torpaqlarını tərk etməldiir. Azərbaycanda üzr istəməlidir. Əgər beynəxalq təşkilatlar öz qanunlarını tanıyırsa, Azərbaycanın həmin qanunla təsbit olunan  haqqını qorumalıdır. Əks halda bilməlidirlər ki, Azərbaycan artıq 1992-ci illərin Azərbaycanı deyil.  

Mən Qarabağ müharibəsini əvvəlki illərdən görmüşəm. O müharibənin əsgərini də görmüşəm, o ağır günlərini, şəhidini də, qazisini də.  Deyə bilərəm ki, artıq Azərbaycanla diqtə ilə danışmaq olmaz. Bu gün həmin zaman deyil. Bu gün Azərbaycanda Ali Baş Komandanın ətrafında böyük bir birlik var. Düşmən, onun havadarları, bu monalit birliyin, gücün qarşısında heç nə edə bilməz. Biz  Azərbaycanın qələbə tarixini cəsarətli, qətiyyətli Ordumuz, Ali Baş Komandamızıla birlikdə yazacağıq.

 

- Tənzilə xanım, bu gün informasiya müharibəsində hansı mövqedəyik?

 

- Bu gün Azərbaycanın Şanlı, Qüdrətli ordusu öz torpaqları uğrunda, öz ərazilərində düşmənin hücumuna qarşı savaş aparır.  Belə bir ərəfədə beynəlxalq aləmə haqq səsimizi çatdırmaq, yalan məlumatları ifşa etmək üçün informasiya müharibəsini də ciddi aparmalıyıq. Bu prosesdə mediamızın üzərinə böyük vəzifə düşür. Mən bu gün Türkiyədən gəlib  Qarabağ döyüşlərində çəkilişlər aparan, məqalələr yazan, tariximizi araşdıran Türkiyə mediasına dərin minnətdaram.  Elə dünən də Türkiyənin ən məhşur kanalı Azərbaycan Prezidentindən müsahibə götürməklə Azərbaycan həqiqətlərini Prezidentin dilindən dünaya ictimaiyyətinə yaydı. Türkiyə hər zaman bizim yanımızda və biz bununla fəxr duyuruq.

Bəli, bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması çox mühüm bir məsələdir. Media bu istiqamətdə ciddi işlər görməlidir, düşünürəm ki, görür.  Azərbaycanın erməni işğalçılarının təcavüzkarlığı ilə üzləşməsi  ilə bağlı xəbərlər dünya media çapına çatdırılmalıdır. Bu məsələ eləcə də, bütün ictimai-siaysi təşkilatların fəaliyyətində əsas vəzifə olaraq ön yerdə dayanmalıdır. Düşünürəm ki, bu istiqamətdə işlər görülür. Bu mənada Türkiyə mətbuatına həddən artıq minnətdarıq.  Bu prosesdə, xüsusilə Azərbaycan Ali Baş Komandanın xarici telekanallara, eləcə də dünən Türkiyə TV-də verdiyi müsahibədə çox məsələlər aydın, açıq şəkildə deyildi. Dünya bu müsahibələrə qulaq asdıqca həqiqəti bir daha biləcək. Eləcə də diaspora və QHT təşkilatlarının üzərinə böyük  vəzifələr düşür. Azərbaycanın təxribatla müharibəyə cəlb olunması faktı daim deyilməli və beynəlxalq təşkilatların özü haqqa dəvət olunmalıdır.

 

- Türk Dünyası ideyasından danışılır və təbii ki, biz Azərbaycan vətəndaşları türk soylu millət olaraq bu birliyin qurulmasını arzu edirik. Azərbaycanın bu Qarabağ savaşında bəzi türkdilli dövlətlər niyə Azərbaycanın yanında ola bilmədi?

 

- Nə olursa olsun, Türkiyə kimi böyük türk dövləti yanımızda. Bütün türk xalqının ürəyi Azərbaycanla döyünür və bizimlə bərabər Qarabağda döyüşməyə hazırdırlar. Bu günlər Türkiyədə də Azərbaycan bayraqları dalğalandı, Türkiyə küçələrində Azərbaycanı dəstəkləyən aksiyalar keçirildi “Qarabağ Azərbaycandır!” - deyərək dünyaya səsləndilər. Türkiyə Prezidenti Tayyib Ərdoğanın BMT və digər beynəlxalq kürsülərdən Azərbaycanı dəstəkləməsi bizdə qürur hissi yaradır. Bu gün bizim qüdrətli ordumuz var və hələ ki, köməyə ehtiyacımız yoxdur. Amma lazım gələrsə, o qardaşlarımız bizimlə olacaqlar.

Digər türk dövlətlərinə gəlincə, düşünürəm ki, Türkiyə öz sözünü deməklə bütün türk dünyasını əhatə edə bildi. Amma bütün türk dövlətləri öz siyasi xəttlərinə uyğun olaraq bu məsələdə bəzən açıq şəkildə çıxış etməkdən çəkinirlər. Lalkin əminliklə deyə bilərəm ki, bütün türk dünyasında xalqlar hamısı Azərbaycanı dəstəkləyir, belə bir gündə Azərbaycanın yanında olduqlarını bəyanlayırlar. Bizim tanıdığımız türklər, saysız-hesabsız müraciətlər edərək Qarabağa gedib döyüşmək istədiklərini bildirblər. Türk xalqı bizimlədir və hər an yanımızda olmağa hazırdır. Elə dünən Türkiyə kanalına müsahibə verən Ali Baş Komandan Türkiyə -Azərbaycan birliyini və tək millət, iki dövlət olaraq böyük gücə sahib olduğumuzu bir daha dedi.

 

- Prezidentin dünən Türkiyə kanalına verdiyi müsahibəsi bizə nəyi diqtə etdi və eləcə də dünyaya hansı mesajlarını verdi?

 

- Azərbaycan Prezidenti  “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” və digər xarici kanallara müsahibəsində Azərbaycan həqiqətlərini dünyaya çox açıq və beynəlxalq hüquq normalarına istinad edərək çatdırdı. Dünən də qardaş Türkiyənin ən məşhur kanalına müsahibə verdi.  Müsahibədə Türkiyənin elə ilk gündən Azərbaycanın yanında olduğu vurğulandı və buna görə də cənab Prezident Türkiyə Cumhur başqanına öz adından, xalqın adından minnətdarlığını bildirdi. Bir daha bu iki dövlətin qardaşlığının sarsılmazlığı önə çəkildi və bu birliyin yeni müstəvidə inişafı məsələsi qeyd oundu. Türkiyə bizim yanımızdadır, daim bizə mənəvi dəstək verir.

Hesab edirəm ki, Prezidentin bu müsahibəsi Azərbaycan həqiqətlərinin açıq və sərt şəkildə dünyaya təqdim edilməsi baxımından çox gözəl müsahibə idi. Prezident  hər müsahibədə Azərbaycanın öz haqqı uğrunda savaşarkən beynəxalq hüquq normalarına, cenevrə  konvensiyasına hörmətlə yanaşaraq ona əməl olunduğunu söyləyirdi. Lakin torpaqlarımzı işğal edən Ermənistan siyasi və hərbi hakimiyyətinin bu normaları əvvəldən pozaraq cinayətlərini davam etdirdiyini, lakin beynəlxalq təşkilatların işğalçını hüquqa dəvət etmədiyini bir daha bəyan etdi.  Azərbaycan Prezidenti Türkiyəyə birmənalı münasibətini bildirdi. Türk xalqına, Türkiyə cumhuriyyətinə təşəkkürünü bildirdi.  Ən sonda da Türkiyə Azərbaycan qardaşlığının sarsılmazlığını və Azərbaycan-Türkiyə birliyinin müasir formatının  yaradılması ideyasının əsas xətt olduğunu dedi.  Bu o deməkdir ki, biz bir millət, iki dövlətik, biz iki qardaşıq. Qardaş nəyi edə bilirsə, Türkiyə də bu gün onu edir. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı