“Onları kapitulasiya etməyə, ağ bayraq galdırmağa məcbur etməliyik”

12:57 07-10-2020 | icon 860 | Siyasət
“Onları kapitulasiya etməyə, ağ bayraq galdırmağa məcbur etməliyik”

Ramiyə Məmmədova: “Ermənistan hər zaman başqa dövlətlərə əl açan aslı olan dövlətdir”

 

“Azərbaycan 30 ildir ki, tarixi torpaqlarının düşmən tapdağı altından çıxmasını qozləyirdi və bu gün buna nail olur. Artıq kəndlərimiz, rayonlarımız təmizlənir. Təbii ki, bunu dünya ictimaiyyəti, ən əsas da erməni lobbisinin əlinin altında olan və onların maliyyə dəstəyini alan ölkələr və onların başçıları çox da rahat və ürəkaçan vəziyyətdə qarşılamır, təzyiqlər etməyə çalışır. Lakin bu dəfə beynəlxalq hüqüq və ən əsas da ictimai rəy bizim, yəni zərərçəkən ölkənin yanındadır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Türkiyədə “Word Ponorama” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova bildirib.

 

Politoloq vurğulayıb ki, bu savaşdan çox şey asılıdır və öz haqlarımızı, huquqlarımızı da sona qədər güdməliyik:

 

“Savaş hər zaman çətindi böyük itkilərə gətirir, insanları normal həyatından başqa heç bilmədiyi bir vəziyyətdə yaşamağa məcbur edir. Buna baxmayaraq biz hər zaman bilirdik ki, Qarabağın gayıtması bizə asan başa gəlməyəcək və bizim xalqımız bu gün də göstərdi ki, buna hazırıq.

Döyüşlər göründüyü kimi, düşmən tərəfindən genişləndirilir. Faşist və vəhşilik xislətində olan bu millət hər zaman olduğu kimi, dinc mülki əhaliyə zərər verməkdən çəkinmir. Müharibəni savaş bölgəsində deyil, mülki insanlara vurmağa müharibənin və təcavüzün sifətini dəyişərək, Azərbaycanı onların dövlətlərinə qəsb edən kimi göstərməyə çalışırlar. Üçüncü dövləti bu savaşa cəlb etmək üçün dinc əhalini və şəhərlərimizi bombalayırlar. Dünya ictimaiyyəti isə buna reaksiya vermir. Amma biz Ermənistana və ona yaxın əraziyə bir güllə atsaq, bizi qınaq obyektinə çevirərdilər”.

 

Bu savaşın gedişatının tez bir zamanda bitəcəyini mümkün saymayan politoloqun fikrincə, razılaşma hər iki tərəfdə olmalıdır:

 

“Yəni biz bu savaşı bu gün dayandırsaq, onlar bizim torpağları öz xoşlarıyla qaytarmayacaqlar. Onları kapitulasiya etməyə, ağ bayraq galdırmağa məcbur etməliyik. Torpaqlarımızdan qeyri-şərtsiz çıxmalarına qol çəkməli və bunu da dünya ictimaiyyəti və beynəlxalq hüquq qarsısında və çərçivəsində etməlidirlər. Ondan sonra gələcək danışıqlar barədə masaya oturmaq üçün düşünmək olar. Lakin bu dəfə mütləq şəkildə erməni lobbisinin hokmüranlıq etdiyi ölkələrlə deyil, doğrunun tərəfini tutan və bizim maraqlarımızı üstün tutan ölkələrdə masaya oturulmalıdır. Minsk Qrupunun tərkibi dəyişilərək mütləq şəkildə Türkiyə nümayəndəsi bu qrupa daxil olmalıdır”.


R.Məmmədova bildirib ki, Azərbaycan və Ermənistan Cənubi Qafqazda yerləşir, lakin bunların mahiyyəti geopolitik və strateji baxımdan digər dovlətlər üçün fərqlidir. Politoloq qeyd edib ki, Azərbaycan bu gün həm siyasi, həm iqtisadi həm də hərbi baxımdan bu regionun ən öndə gedən dövlətidir:

 

“Bu gün bu regionda Azərbaycansız nə iqtisadi, nə də siyasi heç bir layihəyə imza atılmır. Azərbaycan Şərqlə Qərbin qapısıdır. Biz heç kimdən heç nə gözləmirik, iqtisadi baxımdan belə bütün layihələrə maliyyə dəstəyini ozümüz veririk. Ermənistana isə hər zaman ən yaxın dövlət Rusiya olub. Yəni Rusiyadan başqa bu dövlətə həm iqtisadi, həm siyasi həm də hərbi baxımdan heç kim lazımı yardım edə bilməz. Yəni Ermənistan hər zaman başqa dövlətlərə əl açan aslı olan dövlətdir. Təbii ki, burda erməni lobbisinin rolu böyükdür və biz də bunu üç dövlətin, yəni Rusiya, Fransa və ABŞ rəhbərlərinin verdiyi bəyanatlardan görürük. Onların hər biri erməni lobbisinin ən çox çalışdığı və təsir imkanları olan dövlətlərdir. Lakin unutmaq olmaz ki, burda Türkiyə faktoru böyük rol oynayır. Yəni Turkiyənin bu gün Azərbaycana verdiyi dəstək bu dövlətlərin göstərəcəyi təzyiqlərin qarşını alır. Bilirsiniz ki, Türkiyə NATO dövlətidir və ABŞ-la müttəffiqdir. Suriyada və Liviyada Rusiyayla, Aralıq dənizində isə Fransayla üz-üzə gəlir. Yəni Türkiyənin özündə də problemləri az deyil. Amma buna baxmayaraq bu gün bütün dünya artıq 2000-ci ildən sonra dünya arenasında güclənən bir Türkiyə görür. Yəni Türkiyənin yürütdüyü siyasət və hərbi gücün Azərbaycanda böyük təsiri var. Bunların hər birini üst-üstə gətirsək görə bilərik ki, bu gün iki dövlət arasında seçim olunsa, hər dövlətin maraqlarına uyğun yenə də Azərbaycandır. Rusiyanın bu dəfəki mövqeyi təbi ki, hər kəsdə maraq doğurur, erməniləri belə onlardan tam dəstək almamaları çaş-baş salıb. Tabii ki, biz bilirik ki, Rusiya İran üzərindən silah otürür, lakin birbaşa müharibəyə dəstək vermir”.

 

R.Məmmədova bildirib ki, burada səbəblər var - Ermənistanın və onun rəhbərlərinin son illərdə antirus siyasəti və yenə dediyim kimi, Türkiyə faktoru:

 

“Bilirik ki, nə Rusiya, nə İran, nə Fransa, nə də ABŞ Türkiyənin Cənubi Qafqazda olan varlığından razıdır. Türkiyənin Yaxın Şərqdəki varlığı, Agdənizdəki varlığı belə onları narahat etdikcə və bir tərəfdən də bura girməsi tam təhlükə yaradır. Ona görə də Türkiyəni mümkün dərəcədə burdan uzaq tutmağa çalısacaqlar, yəni müxtəlif bəyanatlar verərək ara düzəltməyə çalısacaqlar ki, müharibənin miqyası qenişlənməsin. Çünki Azərbaycanın Türkiyədən hər an hərbi dəstək alması mümkündür və bu da bu dövlətlərin marağında heç deyil. Lakin göründüyü kimi, bunu belə tam bacara bilmirlər. Çünki illərdir verdikləri bəyanatların və sözlərin işə yaramadığının şahidiyik. Artıq real vəziyyət başqadır, Azərbaycan özü torpaqlarını azad etməklə məşğuldur və bunu da heç kimin köməyi olmadan yetərincə yaxşı bacarır. Azərbaycan danışıq masasında ancaq torpaqların qeyri-şərtsiz tam azad olunması nəticəsində diplomatik danışıqları bərpa etməsi mümkündür”. /hadta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi