"Putinin Ermənistanı məyus etməsi gözlənilən idi"

15:26 07-10-2020 | icon 413 | Siyasət
"Putinin Ermənistanı məyus etməsi gözlənilən idi"

Əlisahib Hüseynov: "İndi Paşinyan necə deyərlər, nə əkibsə onu da biçir"

 

"Putindən Ermənistanı məyus edəcək açıqlamanın gəlməsi gözlənilən idi. Çünki Nikol Paşinyanın eyni vaxtda "iki stulda oturmaq" cəhdləri Kremli heç cürə qane edə bilməzdi. Rəsmi İrəvanın son dövrlərdə açıq-aşkar rusofob və Qərbyönümlü siyasət yürütməsi Rusiya liderini qıcıqlandırırdı. Odur ki, indi Paşinyan necə deyərlər, nə əkibsə onu da biçir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 

MHP sədri vurğulayıb ki, Ermənistan Baş nazirinin mövcud siyasətini Rusiyaya qarşı nankorluq kimi dəyərləndirən Vladimir Putin hazırki situasiyada neytral mövqe nümayiş etdirməyə üstünlük verib:

 

"Rusiya Prezidenti Dağlıq Qarabağ münaqişəsi zonasındakı son vəziyyəti şərh edərkən birmənalı şəkildə bildirib ki, - "Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır". Putinin bu açıqlamasının Ermənistanın siyasi kurallarında və erməni ictimaiyyətində necə hiddətlə və məyusluqla qarşılanacağını təsəvvür etmək olar. Lakin ötən aylarda Rusiya bayrağını yandıran, Moskvanın siyasətinə qarşı çılğın şüarlar səsləndirən ermənilərin indi də Rusiyadan imdad diləməsi həqiqətən də absurddur".

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür