Ermənistanın Qərbi Azərbaycan xofu REALLAŞIR

14:30 10-08-2023 | icon 624 | Siyasət
Ermənistanın Qərbi Azərbaycan xofu REALLAŞIR

Fuad Əliyev: "Qarabağdan sonra qayıdacağımız yer Qərbi Azərbaycandır"

 

“Azərbaycan müstəqillik qazanandan sonra Qərb ölkələri Azərbaycana qarşı ikili standartlar siyasətini yürüdür. Ermənistan Azərbaycan torpaqlarını işğal edən gündən ABŞ-ın 907-ci düzəlişi qəbul etməsi, Ermənistanda və Azərbaycanın Qarabağında yaşayan yüz minlərlə azərbaycanlının qovulması, öldürülməsi kimi yüzlərlə fakt göstərmək olar”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Prezidentliyə eks-namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.

 

Bu hadisələrin çox keçmişdə deyil, 30 il bundan qabaq baş verdiyini vurğulayan Fuad Əliyev qeyd edib ki, xalqımızın soyqırımı baş verəndə özünün “demokratiyası” və “insan hüquqlarını qoruması” ilə “fəxr” edən Qərb nə üçünsə susdu:

 

“Əksinə, biz gördük ki, beynəlxalq qurumlar, hüquq müdafiə təşkilatları Azərbaycana qarşı ittihamlar irəli sürdülər. Onların fikrincə sən demə biz Azərbaycanda yaşayan ermənilərin hüquqlarını pozuruq. Bu 30 il ərzində Azərbaycan Qərbin ölkəmizə bu ikili standartlar siyasətinə qarşı mübarizə aparıb. Azərbaycan xalqı əsgər, zabit və Ali Baş Komandan ətrafında birləşərək, 44 gün gedən müharibədən sonra, 9 noyabr 2020-ci ildə torpaqlarımızı işğaldan azad edərək Qarabağı Azərbaycana qaytardı”.

 

F.Əliyev bildirdi ki, istər 44 gün gedən müharibə dövrü, istərsə müharibədən sonra Qərb dayanmadan Azərbaycana təzyiqlər edir. Demokratik dəyərlərdən bəhs edən Qərb ölkələri, bəzi təşkilatlar ölkəmizə qarşı bəyanatlar, yazılar dərc edirlər:

 

“Növbəti belə yazı “Forbes” nəşrində gedib. Məlum məsələdir ki, bu yazı Ermənistanı təbliğ edən, reallıqdan uzaq olan, sifarişlidir.

“Forbes” nəşri və ümumiyyətlə, Qərb dairələri bu günlərdə İrəvanın mərkəzində “Laçın yolunu güc yolu ilə açmaq üçün silah verin” tələbini və “Türksüz Ermənistan” şüarını səsləndirəndə niyə reaksiya vermirlər?”

 

“Ermənistan və onların havadarları bilməlidirlər ki, azərbaycanlıların növbəti qayıdacaqları yer Qərbi Azərbaycandır”- deyən F.Əliyev vurğuladı ki, necə ki, 30 ildən sonra ədalət bərqərar olundu, biz Qarabağı işğaldan azad etdik, eləcə də azərbaycanlıların öz doğma dədə-baba torpaqlarına, Qərbi Azərbaycan torpaqlarına qayıdacağı gün yaxındadır.

 

AYSEL
Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Ludus”un təsisçisi Bakıda

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA