Gürcüstandan 20 min baş heyvan gətiriləcək

21:58 21-08-2018 | icon 470 | Gündəm
Gürcüstandan 20 min baş heyvan gətiriləcək

Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb.

 

Versus.Az nazirliyə istinadən məlumat verir ki, yarmarkalar Bakı şəhərinin 32 məntəqəsində, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay və İsmayıllıda keçirilir.

 

Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında fermerlərin yarmarkalara 13 min baş heyvan çıxaracağı gözlənilir. Bundan başqa, nazirliyin və Dövlət Gömrük Komitəsinin tövsiyəsi əsasında sahibkarlar qonşu ölkələrdən, o cümlədən Gürcüstandan satış məqsədilə 20 min baş heyvan gətirməyi nəzərdə tuturlar. Bazarda bolluğu təmin etmək və qiymətləri sabitləşdirmək məqsədilə nazirliyin tabeliyində olan təsərrüfatlardan satış yarmarkalarına 1000-1500 baş heyvanın çıxarılması planlaşdırılır.

 

Dövlət Baytarlıq Xidməti artıq yarmarkaların keçiriləcəyi ərazilərin dezinfeksiyasını başa çatdırıb.

Yarmarkalar avqustun 23-də axşam saatlarına kimi davam edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür