“Azərbaycan növbəti 30 ili gözləmək fikrində deyil”

15:55 08-10-2020 | icon 408 | Siyasət
“Azərbaycan növbəti 30 ili gözləmək fikrində deyil”

Vüqar Rəhimzadə: “Azərbaycan siyasi-iqtisadi cəhətdən daha yüksək zirvələr fəth edəcəkdir”

 

“Cəbhədə heç bir yumşalmadan söhbət gedə bilməz. Şanlı Ordumuz rəşadətlə irəliləyir və 30 ildir davam edən münaqişənin məntiqi nəticəsini uğurlu savaşı ilə qızıl hərflərlə yazacaq”.

 

Versus.Az xəbər verir ki, bunu Minks Qrupu dövləti olan Fransanın, eləcə də digər aidiyyatı dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsi uğrunda apardığı mübarizənin danışıqlarla əvəz olunmasına yönəlik son cəhdləri ilə bağlı açıqlamasında YAP siyasi şurasının üzvü, “İki sahil” qəzetinin rəhbəri Vüqar Rəhimzadə  bildirib.

 

O, bildirib ki, Azərbaycan 30 ildir münaqişənin danışıqlar yolu ilə ədalətli şəkildə, beynəlxalq hüquq normalarına uyğun olaraq həll olunmasını gözləyirdi. Təəssüflər olsun ki, bu 30 ildə heç bir real iş görülmədi:

 

“BMT kimi nüfuzlu bir təşkilatın öz qərarlarını icra etməməsi artq bu təşkilatın öz qərarlarına etinasızlığının nümunəsini ortaya qoydu. Ona görə də dövlət başçısı başda olmaqla Azərbaycan xalqı, ordumuz bu yalançı oyunlara dözüb, bundan sonra növbəti 30 ili də gözləmək fikrində deyil”.

 

V.Rəhimzadə bildirib ki, artıq dünyanın Azərbaycanın Qarabağ məsələsinə ədalətsiz yanaşması ortada və Prezident başda olmaqla Azərbaycan ordusu, xalq öz qətiyyətli sözünü demkdədir:

 

“Tezliklə işğal altında olan torpaqlarımız azad olunacaq və tezliklə azad olunmuş torpaqlarımızda Azərbaycanın bayrağı dalğalanacaqdır. Ordu Ali baş Komandanın əmrinə tabedir və onun ətrafında sıx birləşib. 30 ildir BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı icra olunmamaış qətnamələri artıq Ali Baş Komandanın, Ordunun, xalqın birliyi, rəşadəti nəticəsində yerinə yetirləcək. Bu problemin həlli ilə regiona sülh gətiriləcək. Azərbaycan siyasi-iqtisadi cəhətdən daha yüksək zirvələr fəth edəcəkdir”.

 

V.Rəhimzadə qeyd edib ki, bu gün beynəlxalq təşkilatların mövqeyində hər hansı dəyişikliyin olmaması bu qurumların ikilistandartlı mövqelərindən xəbər verir:

 

“Beynəlxalq təşkilatlar birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Amma bu təşkilatlar ikilistandartlardan əl çəkmirlər. Təkcə ATƏT-in Minsk qrupu 30 ildir ki, regiona turist səfərləri etməkdən başqa bir iş görmədi. Həmsədrlər gəlirdilər, gedirdilər amma ortada konkret nəticə yoxdur. Artıq beynəlxalq hüquqa məhəl qoymayan Makron erməni tərəfi kimi çxış edir və mövqe nümayiş etdirir. Bu qətiyyən qəbulolunmazdır. Bu ATƏT-in missiyasına ağır bir zərbədir və iç üzünü açıb göstərir.

 

Lakin Azərbaycan ordusunun qələbəsi şəksizdir. İşağal altında olan torpaqlar azad olunacaq. Mən qısa müddətdə Azərbaycan odusunun erməni terrorçularına, Paşinyana layiqli dərs verəcəyini gözləyirəm və biz tezliklə bu qələbəni qeyd edəcəyik”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”