"Heiko Maas Angela Merkeli kölgədə qoymaq istəyir"

13:21 09-10-2020 | icon 341 | Siyasət
"Heiko Maas Angela Merkeli kölgədə qoymaq istəyir"

Əlisahib Hüseynov: "Onun Azərbaycana təzyiq göstərilməsi barədə açıqlamasına Merkeldən adekvat reaksiya gözləyirik"

 

"Deyəsən, Almaniya Xarici İşlər naziri Heiko Maas öz "boss"unu - Angela Merkeli - kölgədə qoyaraq Avropanın yeni geosiyasət fiqurlarından birinə çevrilməyi qarşısına məqsəd qoyub".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
MHP sədrinin fikrincə, onun Qarabağ münaqişəsi zonasındakı son vəziyyətə dair birdən-birə sərt münasibət bildirməsi, atəşkəsə çağırış etməsi və Azərbaycana təzyiq göstərilməsi barədə açıqlama verməsi bu adamın böyük siyasi iddialarından xəbər verir:
 
 
"Heiko Maas Fransa prezidentinin çağırışlarının və böhtanlarının təsiri altına düşüb. Onun bu açıqlaması Almaniyadan daha çox Fransanın işinə yarayır. Almaniyanın baş diplomatının bu addımı həqiqətən də təəssüf hissi doğurur və bu ölkənin ədalətli ölkə imicinə şübhələr yaradır. Almaniyanın işğalçı Ermənistanı xilas etməyə çalışması tamamilə anlaşılmaz və absurddur. Müasir Almaniyanın vəzifəsi şərin yanında dayanmaq yox, haqqa dəstək verməkdir. Odur ki, biz ümid edirik ki, Almaniya kansleri Angela Merkel bu olaya bir təcrübəli siyasətçi kimi adekvat reaksiya verəcək və öz komanda üzvünün bu yanlışını düzəltməyə çalışacaq".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”