"Onlar atəşkəsi pozacaqlar, dinc oturan deyillər"

11:56 10-10-2020 | icon 302 | Siyasət
"Onlar atəşkəsi pozacaqlar, dinc oturan deyillər"

Razi Nurullayev: "Dedi ki, oğullarımın şəhid olmasına razıyam, amma torpaqlarımız işğaldan azad olsun"

 

"Bədnam Ermənistanın bədnam baş naziri Paşinyanın bədnam xarici işlər naziri Zohrab Mnatsakanyan deyir ki, Türkiyə heç zaman danışıqlarda iştirak edə bilməz. Başa düşürəm, Türkiyədən xoşları gəlmir. ATƏT-in Minsk Qrupunun tərkibinə baxaq. Hamısı da xristian dövləti, bəli, bəli, hamısı xristan dövləti".

 
 
Versus.Az xəbər verir ki, bunu sosial mediada millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib.
 
 
Millət vəkili yazıb:
 
"ABŞ - Azərbaycana qarşı 907-ci düzəlişi tətbiq edib, erməni lobbisinin təsiri altında Azərbaycana qarşı addımlar atır, ABŞ-ın mətbuat orqanları Azərbaycana qərəzli münasibət bəsləyir və s. Yəni tam ermənipərəstlik özünü göstərir və bu heç kimə sirr deyil.
 
 
Rusiya - Ermənistanın ən yaxın müttəfiqi, Ermənistana külli miqdarda, milyardlarla dollar məbləğində pulsuz silahlar verib, Rusiya mətbuatı 99% ermənipərəstdir. Rusiyanın bütün media orqanlarını, dövlət idarələrini ermənilər zəbt edib.
 
 
Fransa - Fransa prezidenti Emanuel Makron Ermənistanın baş naziri, xin naziri Jean-Yves Le Drian isə Ermənistanın xarici işlər kimi davranır. Fransa mətbuatı 99.99% ermənipərəstdir. Onlar ədalətsizliyin, qərəzin və düşmənçiliyin yeni formalarını yaradıblar.
 
 
Azərbaycan təkbaşına Ermənistan və üç yaxın müttəfiqi ilə indi neyləsin, necə substantiv danışıqlar aparsın? Bunlar nə haqsız, nə qansız və nə ədalətsiz insandırlar! Allah böyükdür və inanıram ki, Böyük Yaradan onların oyunlarını öz başlarında çatladacaq.
 
 
İnşallah, Türkiyə, Pakistan, Əfqanistan, Ukrayna, digər adını çəkə bilmədiyim dost dövlətlər və islam dövlətləri Azərbaycanla daha yaxın əməkdaşlıq edəcəklər ki, bu substantiv danışıqlar Ermənistanın cinayətkar rejiminin başına yekə bir yumruq kimi ensin.
 
 
Bu qədər haqsızlıq, imansızlıq və dinsizlik olmaz. Dünya nə bərbad idarə olunur. Sonra da deyirlər ki, dünyada baş alıb gedən terrorizm haradan yaranır. Oradan ki, siz haqlını haqsız çıxarmağa çalışırsınız...
 
 
Allah ölkəmizi qorusun və mütləq qoruyacaq. Qələbə bizimlədir. Onlar atəşkəsi pozacaqlar, dinc oturan deyillər, bax həmin an güzəştsiz olaraq, başlarına enəcəyik və heç ölülərini də döyüş meydanlarından çıxara bilməyəcəklər.
 
Sonunuza az qalıb!"
 
 
R.Nurullayev vurğulayıb ki, bu statusu yazarkən ona bir telefon zəng gəlib. Xəttin o başındakı deputatın çoxdan tanıdığım bir ağsaqqal olub:
 
 
"Bir oğlu polkovnik, biri polkovnik-leytenant, biri də bir rayonun hərbi komendantıdır. Dedi ki, bir olan Allaha and içirəm ki, hər üç oğlumun şəhid olmasına razıyam, amma torpaqlarımız işğaldan azad olsun".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı