"Qənirə Paşayeva Yeni Dərs ili öncəsi Tovuzda məktəblərdə görüşüb"

10:51 28-08-2018 | icon 1132 | Təhsil
"Qənirə Paşayeva Yeni Dərs ili öncəsi Tovuzda məktəblərdə görüşüb"

Millət vəkili Q.Paşayeva ön cəbhə rayonlarımızdan olan Tovuzun Vahidli, Cəlilli və Düz Cırdaxan kənd orta məktəblərini ziyarət edib, müəllim və fəal şagirdlərlə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparan millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür:

 

"Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir. Hər bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür".

 

Q.Paşayeva qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir və gənclər arasında mütaliəyə meyilliyin artması üçün hamımız birlikdə daha çox çalışmalıyıq.

 

Millət vəkili məktəblərdə fəal gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət edib. Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. O, hər 3 kənddən ali məktəblərə daxil olan gənclərlə də görüşüb.Onları hədiyyələri ilə təbrik edən və uğurlar diləyən Qənirə Paşayeva hər bir gənclə ayrıca söhbət edib, qayğıları ilə maraqlanıb, tələbəlik illərində yüksək səviyyədə təhsil almaqla yanaşı ölkəmizin maraqlarının qorunmasında da fəal olmağa çağırıb.

Q.Paşayeva Tovuzun ön cəbhə kəndi Vahidlidə müəllimləri və məktəb kollektivini Yeni Dərs ili münasibəti ilə öz hədiyyələri ilə təbrik edərək,ön cəbhəmizdə fəaliyyət göstərən məktəblərimiz və müəllimlərimizə uğurlar diləyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı