Ermənistanın riyakarlığı yenidən özünü göstərdi

16:28 10-10-2020 | icon 307 | Siyasət
Ermənistanın riyakarlığı yenidən özünü göstərdi

Ceyhun Bayramov: “Düşmən bir neçə istiqamətdə humanitar atəşkəsi pozub”

 

Beynəlxalq təşkilatların müraciətlərini nəzərə alaraq humanitar atəşkəsin təmin edilməsi məsələsinə Moskvada Azərbaycanın, Rusiyanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşündə baxıldı. 10 gündən artıq davam edən döyüşlərdə itkilər olub.

 

Versus.Az xəbər verir ki, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

 

“Müasir dünyada hərbi əməliyyatların aparılmasının normaları var. Ötən günlər ərzində Vladimir Putin bu məsələ ilə bağlı çıxış etmişdir. Azərbaycan Respublikasının prezidenti ilə danışıqlar əsasında ötən gün görüş keçirildi və belə bir bəyanat hazırlandı. Nəzərə alındı ki, əsas məsələ humanitar atəşkəs zamanı həlak olan hərbçilərin döyüş meydanından çıxarılması və onların müvafiq olaraq tərəflər arasında dəyişdirilməsidir.

Bu məsələ ilə bağlı koordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərinə qoyulub. Lakin bu əməliyyatların başlanılmasına hələ ki şərait yaradılmayıb. Ermənistanın riyakarlığı yenidən özünü göstərdi. Düşmən bir neçə istiqamətdə növbəti dəfə hücum əməliyyatı göstərməyə cəhd edib. Lakin bunların qarşısı alınıb və düşmən layiqincə yerinə oturdulub”, - deyə C.Bayramov bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”