“Prezident bu mərhələdə Azərbaycanın geri çəkilmək niyyətində olmadığını bildirib”

09:59 11-10-2020 | icon 311 | Siyasət
“Prezident bu mərhələdə Azərbaycanın geri çəkilmək niyyətində olmadığını bildirib”

Şəhriyar İmanbəyli: “Əgər ermənilər bu cinayəti Fransaya, Rusiyaya etsəydilər, onlar 30 il sülh danışıqlarının aparılmasını gözləməzdilər”

 

Dağlıq Qarabağ müharibəsi “danışıqlar masasına” çıxarıldı. Lakin bu gün Azərbaycan torpaqlarında Ermənistanın işğalı və təcavüzü nəticəsində müharibə davam edir. Ermənistan Azərbaycanın sərhədlərini yenə də pozur, Ermənistan illərdir Azərbaycan torpaqlarında cinayətlər törədir, azərbaycanlılara qarşı soyqırımlar edir. Beynəlxalq təşkilatlar, region dövlətləri, eləcə də münaqişənin həlli ilə bağlı 1994-cü ildə yaradılan ATƏT-in Minsk Qrupunun həmsdər dövlətləri – Fransa, Amerika, Rusiya işğalçıya qarşı qəti addımlar atmır. Artıq Ordumuz Azərbaycanın taleyini özü yazır. Azərbaycan Ordusunun Ermənistan İşğalçılarına qarşı rəşadətli əks-hərbi əməliyyatları ilə torpaqlarımızın azadlığı istiqamətində bir sıra uğurlara imza atıb.

 

Sentyanrın 27-dən bu yana Ermənistanın hərbi təxribatları ilə bağı dünya ictimaiyətinə, eləcə də beynəlxalq təşkilatlara ünvanlanan sərt mesajları Prezidentin son çıxışında daha hücumçu, daha kəskin xarakter aldı. Bu gün danışıqlardan söz getsə də, ölkə Prezidenti Azərbaycan həqiqətləri və danışıqların hansı halda mümkün olacağını qəti şəkildə bildirib. Azərbaycan ictimaiyyəti məhz Prezidentin o çıxışına güvənərək, tətikdə dayanıb.

 

Versus.Az xəbər verir ki, Prezidentin son müraciəti üzərində dayanan siyasi ekspert Şəhriyar İmanbəylinin açıqlamasına görə, Ali Baş Komandan istər ölkə ictimaiyyətinə, istərsə də dünyaya Azərbaycanın haqlı mövqeyini ortaya qoyub və bu haqlı davada geri dönüşün olmadığını bəyan edib.

 

Torpaqlarımızın işğaldan azad olunması ilə bağlı Ermənistana 30 illik şans verildiyini deyən ekspert, düşmən tərəfin işğal etdiyi əraziləri azad edəndən sonra danışıqlar masasına gələcəyimizi bir daha bildirib:

 

“Paşinyan hakimiyyəti və onun siyasi hakimiyyəti hərbi təxribatları ilə Azərbaycan daxilində yeni dövləti yaratmaq istəyirdilər və danışıqlardan uzaq dayanırdılar. Bu da münaqişənin həlli missiyasını yerinə yetirən Minsk Qrupunun fəaliyyətini aşağı endirirdi. Ermənistan danışıqlardan hər zaman qaçırdı. İstər Almaniya, istərsə də başqa dövlətlər olsun, yəqin ki, BMT-Təhlükəsizlik Şurasının qətnamələrindən,  Ermənistanın işğalçılıq siyasətindən xəbərsizdirlər və müharibənin Azərbaycan torpaqlarında getdiyini bilmirlər”.

 

Ş.İmanbəyli bildirib ki, Ali Baş Komandan özünün bütün müraciətlərində, xarici kanallara verdiyi müsahibələrində və sosial mediada, Twitter vasitəsi ilə etdiyi paylaşımlarda düşmənin və onun havadarlarının layiqli cavablarını verir:

 

“Ali Baş Komandan bu mərhələdə Azərbaycanın geri çəkilmək niyyətində olmadığını bildirib. Prezident deyib ki, Azərbycan o vaxt sülh masasında oturacaq ki, Ermənistan qoşunları Qarabağdan qeyd-şərtsiz çıxarılacaq, hətta həmin ərazilərdə ermənilərin yaşaya biləcəyinə imkan verəcəyi ilə bağlı humanist addım atacağını da deyib. Ali Baş Komandanın qəti mövqeyi budur: Erməni hərbi qüvvələri Azərbaycan torpaqlarından çıxarılmalıdır”.

 

Politoloq bildirib ki, bu gün dünya və beynəlxalq təşkilatalar regionda gedən bu müharibələrdən xəbərdardılar, sadəcə xarici mediada və beynəlxalq arenadakı havadarlarından özlərinə dəstək almağa çalışırlar:

 

“Beynəlxalq təşkilatların tutduğu mövqe yanlışdır. Çünki BMT-nin qətnamələrini heçə sayırlar. Bu da siyasi tərbiyəsizlikidir. Əgər BMT-nin Ermənistan işğalçılarının Azərbaycandan çıxması ilə bağlı qətnaməsi varsa və ABŞ, Fransa, Rusiya bu sənədləri heçə sayırsa, bu, siyasi arenada yolverilməz addımdır.  Birbaşa BMT-yə və onun qərarlarına hörmətsizlikdir. Cənab Ali Baş Komandan Ermənistanın Azərbaycan torpaqlarında illərdir cinayətlər törətməsini, Beynəlxalq təşkilatların laqeydliyi və ikili standartı, ATƏT-in faəliyətsizliyi nəticəsində işğalçının daha da quduraraq yeni torpaq iddialarını son çıxışında da bildirdi. Ali Baş Komandan dedi ki, biz torpaqlarımzı alacağıq və işğalçı ona verilən bu tarixi şansdan istifadə etməlidir.”

 

Politoloq vurğulayıb ki, Azərbaycana qarşı edilən təcavüz siyasəti və beynəlxalq təşkilatların ədalətin yanında dayanmaması bu gün Azərbaycan Ordusunun Ermənistan hərbi qüvvələrinə qarşı əks həmləsini təbii olaraq reallaşdırır:

 

“Ali Baş Komandanın hərbi əməliyyatların başlanması ilə bağlı əmri çox möhtəşəmdir. Azərbaycan anti-terror əməliyyatları keçirir. Biz 30 il müddətində Azərbaycanda qeyri-qanuni məskunlaşmış düşməni qovub torpaqlarımızdan çıxarırıq. Əgər ermənilər bu təcavüzü, cinayəti Fransaya, Rusiyaya etsəydilər,  əminəm ki, onlar 30 il sülh danışıqlarının aparılmasını gözləməzdilər. Bu dövlətlər çoxdan işğalçıya qarşı hərbə əl atmışdılar. Bu gün bu dövlətlər görürlər ki, Azərbaycan hərbi uğur əldə edib və buna qısqanclıqla yanaşırlar. Azərbaycanın uğuru bu ölkənin regionda və dünyada ən yüksək məqamlara çatdığını göstərir. Aydın məsələdir ki, onlar bu döyüşdə kimin haqlı, kimin haqsız olduğunu çox gözəl bilirlər. Təəssüflər olsun ki, yenə də Ermənistana havadarlıq etməyə başlayırlar. Ermənistan işğalçıları, hərbi cinayətkarları bu müharibəni dini savaşa çevirmək istəyir. Ermənistan Azərbaycanın mülki ərazilərini atəşə tutmaqla 35 mülki vətəndaşımızı, uşaqları, qocaları öldürüb. 100-dən çox mülki vətəndaşımız yaranıb. Ermənistan müharibənin əxlaqına zidd addımlar atır, mülki vətəndaşlarımızı atəşə tutur, qadınların, uşaqların ölümünə səbə olur, bu, qəbul oluna bilməz. Hətta Ermənistanın müdafiə naziri deyirdi ki, biz mülki vətəndaşları vuraraq ölkədə xaos yaratmaq istəyirik. Bu adamlar görün necə qorxaqdırlar ki, müharibəni dayandırmaq üçün hansı addımlara əl atırlar. Azərbaycana qarşı törədilən bu cinayətlər diasporalar vasitəsi ilə dünyaya təqdim olunmalı və Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini göstərir”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI