“Dərhal müharibəni başlamağa hüququmuz var”

11:04 10-10-2020 | icon 371 | Siyasət
“Dərhal müharibəni başlamağa hüququmuz var”

Elman Nəsirov: “Erməni öz xislətindən əl çəkməyəcəksə, bu kövrək razılaşma pozulacaq və yenidən hərbi əməliyyatlar başlanacaq”

 

Oktyabrın 10-da Moskvada bir araya gələn Ermənistan-Azərbaycan xarici işlər nazirləri Rusiyanın vasitəçiliyi ilə “humanitar danışıqlar” masasında əyləşərək, atəşkəslə bağlı razılığa gəldi. Atəşkəs qərarı verilsə də, Ermənistan yenə də mülkü əhalimizi atəşə tutur. Görünən odur ki, vandal erməni quldurları öz niyyətlərindən əl çəkmir. Belə olan təqdirdə də ölkə ictimaiyyəti o fikrin üzərində dayanır ki, məkirli erməni işğalçıları öz çirkin niyyətindən əl çəkməyəcəksə, niyə durmalıyıq. Bundan sonra danışıqlar nə vəd edə bilər?

 

“Moskva” danışıqları ilə bağlı Azərbaycan ictimai sferasında yaranan narahatlıq dolu fərqli fikirlər ətrafında Versus.Az-a açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, danışıqlarla bağlı yalnız bir yanaşma olmalıdır:

 

“Bunu da cənab Prezident Hadrut və daha bir neçə kəndin azad olunması ilə bağlı o şad xəbəri Azərbaycan xalqına çatdırarkən söylədi. Prezident bildirmişdi ki, biz danışıqlara hazrıq, əlavə qan tökülməsini istəmirik, amma bizim bir şərtimiz var.  Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxmalıdır. Ermənistan o şərtə razıdırsa, danışıqlara hazırıq”.

 

E.Nəsirov hesab edir ki, Ermənistan dinc yolla Azərbaycan ərazilərindən çıxarsa, bu daha yaxşı variantdır. Onun fikrincə, Moskva danışıqlarında razılaşma əldə edilibsə, deməli işğalçı Ermənistan həmin şərti qəbul edib. Məsələyə məhz bu aspektdə yanaşmaq lazımdır:

 

“Cənab Prezident də son çıxışında bunu söylədi. Dedi ki, əgər Ermənistan tərəfi buna əməl etməsə, dərhal müharibəni başlamağa haqqımız, hüququmuz var və torpaqlarımızı hərbi yolla azad edəcəyik. Bu baxımdan hesab edirəm ki, məsələ yaxın 1-2 günə məlum olacaq”.

 

Millət vəkili qeyd edib ki, razılaşmaya əsasən danışıqlar baza prinsipləri üzərində başlamalıdır. Baza prinsipləri də məhz mərhələli həll variantıdır. Yəni 7 rayonun qaytarılması baza prinsipinin əsas prinsipidir:

 

“Azərbaycan bu addımı atmaqla bütün beynəlxalq aləmə göstərdi ki, sülh danışıqlarına sadiqdir. Çünki bizi ittiham edirdilər ki, sülhü istəmirsiz, sülhə gəlmirsiz. Biz sülh istəyirik, amma şərtimiz dəyişməzdir. Ali Baş Komandan da bunu bəyan etmişdi. Ermənistanın baş naziri də əgər belə davranışlar ortaya qoysa, təxribatçı bəyanatlar versə, bu o deməkdir ki, ortada bir razılaşma sənədi yoxdur, sadəcə bir bəyannamə var, deməli  istənilən an qüvvədən düşə bilər. Əgər Ermənistan Azərbaycanın şərtini qəbul etmədən substantiv danışıqlara gəlirsə, yenə də danışıqlar naminə danışıqlara gəlirsə, belə sərsəm bəyanatlar verirsə, deməli müharibə yenidən pərpa oluna bilər. Bütün məsuliyyət yenə də Ermənistanın üzərində qalacaq”.

 

Azərbaycanın döyüşdə uğurlar qazandığı bir vaxtda müharibə sona çatdırılmadan danışıqlara gedilmə birmənalı qarşılanmır. Hesab olunur ki, Rusiya aprel döyüşlərində olduğu kimi bu dəfə də manevr edərək Azərbaycana xəyanət edir.

 

E.Nəsirov hesab edir ki, vəziyyət əvvəlki deyil. Bu dəfə silahlı qüvvələrimiz xeyli ərazilərimizi işğaldan azad ediblər:

 

“Biz danışıqlar prosesində üstün mövqedə iştirak edirik. Bizim bir şərtimiz var o da dəyişməzdir. İkinci şərt yoxdur. Bugünlərdə başlayacaq danışıqlar həmin şərt əsasında aparılmasa, onda müharibə təzədən başlayacaq. Erməni xislətindən əl çəkməyəcəksə, bu kövrək razılaşma pozulacaq və yenidən hərbi əməliyyatlar başlanacaq”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı