BƏYANAT: Ölkədə matəm günü elan olunsun!

12:33 11-10-2020 | icon 672 | Siyasət
BƏYANAT: Ölkədə matəm günü elan olunsun!

"Ermənistan öz vəhşiliyini bir daha sübut etdi"

 

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Bəyanat verib.

 

Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:

 

"2020-ci il oktyabrın 10-dan humanitar məqsədlərlə bağlı Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, ermənilər növbəti dəfə razılaşmanı pozaraq, mülki əhalini hədəfə alıb. Belə ki, oktyabrın 11-i gecə saatlarında yenidən Mingəçevir və Gəncə şəhərini raket zərbələri ediblər. Nəticədə Gəncə şəhərində çoxmənzilli yaşayış binası dağıdılıb, dinc sakinlərimiz arasında çoxsaylı ölən və yaralanlar var.

Bununla Ermənistan öz vəhşiliyini bir daha sübut etmiş oldu və Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı soyqırım və vandalizm siyasəti davam edir.

ALDP hesab edir ki, beynəlxalq hüquq prinsiplərini, Cenevrə Konvensiyası və digər protokolları kobudluqla pozan işğalçı Ermənistana daha ağır zərbələr endirilməli, Azərbaycan ordusu anti-terror əməliyyatlarını davam etdirməlidir. Torpaqlarımız işğalçı erməni-terroristlərdən tam azad olunmalıdır. Bizim geriyə yolumuz yoxdur, işğalçı üzərində tam qələbəyə nail olunanadək mübarizə aparmalıyıq. Bu məsələdə hamımız birlik, həmrəylik nümayiş etdirməliyik. Biz birlikdə güclüyük. 

 

ALDP Gəncə şəhərində dinc əhali arasında həlak olanların ailələrə başsağlıq verərək, ölkədə matəm günü elan olunmasını təklif edir.

Tanrı Azərbaycan xalqı qorusun!"

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI