"Atəşkəs heç müvəqqəti də olmadı"

12:45 11-10-2020 | icon 462 | KİV
"Atəşkəs heç müvəqqəti də olmadı"

Müşfiq Ələsgərli: "Azərbaycan da öz xislətini göstərəcək"

 

"Humanitar atəşkəsin müvəqqəti xarakter daşıdığını demişdilər. Heç müvəqqəti də olmadı. Ermənistan öz xislətini yenidən göstərdi".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib.

 

Müşfiq Ələsgərli vurğulayıb ki, Gəncənin raket atəşinə tutulması Ermənistanın son danışıqlar prosesinə də münaqişənin vaxtını uzatmaq, işğala əsaslanan status-kvonu saxlamaq üçün bir vasitə kimi baxdığını göstərir:

 

"Danışıqlar prosesi imitasiya olunmuş əsasda aparır. Amma Azərbaycan da öz xislətini göstərəcək: son 14 gün ərzində düşmənin bütün həmlələrinə layiqli cavab verilib, mövqeləri darmadağın edilib, yenə də ediləcək. Azərbaycan tərəfi Moskva danışıqları fonunda elan etmişdi ki, bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI