"Bizi danışıqlar masasına çağıranlar Ermənistanın Azərbaycana qarşı barbarlığını görsünlər"

16:53 11-10-2020 | icon 383 | Siyasət
"Bizi danışıqlar masasına çağıranlar Ermənistanın Azərbaycana qarşı barbarlığını görsünlər"

Razi Nurullayev: “Atəşkəs razılaşmasının pozulmasının məsuliyyəti Ermənistanın üzərinə düşür”

 

“Rusiya Prezidentinin təşəbbüsü ilə Moskvada əldə olunan humanitar razılaşma Ermənistan tərəfindən heçə sayılıb və bu razılaşma belə görünür Ermənistan üçün kağız üzərində olan razılaşmadır”.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Ermənistanın Gəncəyə mülki əhalinin yaşadığı binaya raket zərbəsi endirməsinə münasibət bildirərəkən belə deyib.

 

Deputat qeyd edib ki, humanitar atəşkəs razılaşması ilk saniyələrindən Ermənistan tərəfindən pozulub, bu razılaşmaya Ermənistan bir dəqiqə də olsun əməl etməyib. Azərbaycanın şəhərləri oktyabrın 10-da saat 12-dən sonra da atəşə tutulub. Ermənistan əldə olunan humanitar atəşkəsi yeni raketləri mülki təyyarələrdə İrəvana daşımaq üçün istifadə edib. Gecə saat 2-də isə ölkənin ikinci böyük şəhəri Gəncəyə qadağan olunmuş raketlə zərbə endirilib. Mülki əhalinin yaşadığı bina Ermənistan tərəfindən hədəfə alınıb və dağıdılıb, çoxsaylı mülki insan həlak olub, yaralanıb. Bütün bu faktlar onu deməyə əsas verir ki, Rusiya Prezidentinin təşəbbüsü ilə Moskvada əldə olunan razılaşma Ermənistan tərəfindən heçə sayılıb və bu razılaşma, belə görünür, Ermənistan üçün kağız üzərində olan razılaşmadır.

 

R.Nurullayev dünya birliyinin nə qədər ikiüzlü, namərd, ikili standartlara söykəndiyi hər keçən gün ortaya çıxır:

“Ermənistanın həyata keçirdiyi vandalizm aktlarını sanki görmürlər. Odur ki, artıq bu cür dünya ictimaiyyətinin hər hansı bir mövqeyinin Azərbaycan cəmiyyətinin gözündə bir qara qəpiklik dəyəri qalmayıb. Azərbaycan özünün bütün imkanlarından istifadə edərək üzləşdiyi ədalətsizliyə qarşı səylərini göstərməkdədir. Azərbaycan səssiz qalmır. Özünü müdafiə hüququndan istifadə edərək öz mülki vətəndaşlarını qorumaq üçün ermənilərin atəş nöqtələrini susdurmaqda davam edib və davam etməkdədir. Azərbaycan mülki vətəndaşlarımızı hədəfə alan atəş nöqtələrini darmadağın edib.

Bizi danışıqlar masasına çağıranlar Ermənistanın Azərbaycan şəhərlərini, mülki insanları hədəfə almasını və həyata keçirdiyi barbarlığı görsünlər və bilsinlər ki, atəşkəs razılaşmasının pozulmasının və bundan sonra baş verəcəklərin məsuliyyəti Ermənistanın üzərinə düşür”.

 

Deputat bildirib ki, Azərbaycanın hüquq mühafizə orqanları Gəncəyə bu gecə zərbə endirilməsi və çoxsaylı insan itkisi ilə bağlı cinayət işi qaldırıb məsələni tez məhkəməyə göndərməlidir:

“Dağlıq Qarabağdakı cinayətkar rejimin rəhbəri Araik Arutyun və Ermənistanın hərbi-siyasi rəhbərliyi haqqında hərbi qanunlara uyğun olaraq məhkımə qərar çıxarmalıdır. Əgər hərbi qanunlar və digər müvafiq qanunlar onlar haqqında ölüm hökmü çıxarmağa imkan verirrsə həmin hərbi cinayətkarlar haqqında ölüm hömü çıxarmalıdır. Dövlətimizin digər gücü strukturları isə bu hökmü icra etmək üçün birbaşa hədəflərə doğru əməliyyatı həyata keçirməlidir. Azərbaycan cəmiyyəti də bu cür qətiyyətli olmağın tərəfdarıdır”. /musavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı