Qovlar şəhər məktəbləri və sakinlərlə görüş

09:29 29-08-2018 | icon 1299 | Cəmiyyət
Qovlar şəhər məktəbləri və sakinlərlə görüş

Millət vəkili Q.Paşayeva Qovlar şəhərində fəaliyyət göstərən bütün məktəblərin direktorları ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili məktəblərin qayğılarını dinləyib, direktorlarla geniş fikir mübadiləsi aparıb.

 

Qənirə Paşayeva bildirib ki, hər bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir deyən Q.Paşayeva qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir və gənclər arasında mütaliəyə meyilliyin artması üçün hamımız birlikdə daha çox çalışmalıyıq.

 

Millət vəkili Qovlar şəhərində Gənclər Evində şəhərin fəal gəncləri ilə də görüşüb, onlarla söhbət edib, qayğı və fikirləri ilə maraqalnıb. Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. O, Gənclər Evinin kollektivi ilə də geniş fikir mübadiləsi aparıb, görülən işlər, həyata keçirilməsi vacib olan layihələr, işlərdən danışıb və mərkəzin kollektivinin bu istiqamətlərdə səylərini daha da artıracağına inandığını deyib.

 

Q.Paşayeva Qovlar şəhər icra hakimiyyətinin rəhbərliyi, əməkdaşları ilə də geniş fikir mübadiləsi aparıb və şəhərin bəzi qayğıları, bir sıra məsələlər ərtafında müzakirələr olub. Qovlar şəhərində sakinlərlə də görüşüb, qayğıları ilə maraqlanan, onları narahat edən problemlərlə bağlı qeydlər apararan, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirən millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.

 

Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

 

Millət vəkili fiziki imkanları məhdud insanları, xəstələri də ziyarət edib, qayğıları ilə maraqlanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür