"Azərbaycan bu addımı ilə buna imkan vermədi"

11:06 12-10-2020 | icon 371 | Siyasət
"Azərbaycan bu addımı ilə buna imkan vermədi"

Fuad Əliyev: "Əgər ermənilər bunu pozublarsa, deməli bunun məsuliyyətini Rusiya daşıyır"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Baku News"-a müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdimedir.

 

- Fuad müəllim, Azərbaycan ordusu anti-terror əməliyyatlarına başlayaraq işğalda olan bir neçə kəndi azad edib. Ermənilərin bir neçə alayı, raket kompleksləri tamamilə məhv edilib, silah-sürsat və çoxlu sayda hərbi texnikası qənimət kimi ələ keçirilib. Bütün bu uğurlara baxmayaraq oktyabrın 10-u humanitar atəşkəsə razılıq verir. Nə dərəcədə bu bizə lazım idi?

 

- Bəli, Azərbaycan ordusu əks-hücum nəticəsində işğalda olan 30-dan çox kəndi azad edib. Düşmən hərbi texnikanı döyüş meydanında qoyub qaçıb. Onların minlərlə əsgər və zabiti məhv edilib. İndi sual verirsiz ki, bu humanitar atəşkəsə getmək lazım idi, yoxsa yox? Birincisi, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Bu birmənalıdır. İkincisi, Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşıb. İndi biz razılıq verməsəydik, onda ermənilər və onlara dəstək verən ölkələr Azərbaycanı “antihumanist” ölkə adlandıraraq, ordumuzun bütün cəbhə boyu əldə olunan nailiyyətlərə baxmayaraq, təzyiqlər edib geri çəkilməyə məcbur edəcəkdilər. Azərbaycan bu addımı ilə buna imkan vermədi.

 

- Amma “atəşkəs” deyib yalvaran erməni heç bir saat keçməmiş razılığı pozdu, döyüş mövqelərinə yeni hücumlar etdilər və gecə saat 2 radələrində Gəncə şəhərinin yaşayış binalarını raket atəşinə tutdular.

 

- Buna adekvat cavab veriləcək. Heç şübhəniz olmasın. Həm hərbi cavab olacaq, həm də diplomatik. Biz haqq yolundayıq. Azərbaycan ordusu işğalda olan bütün torpaqlarımızı azad edəcək. Ermənilər tərəfindən atəşkəsin pozulması, dinc əhalinin həlak olduğuna, yaralı olmasına görə məsuliyyət birbaşa Rusiyanın üzərindədir. Çünki onlar bu atəşkəsin pozulmamasına görə, hər iki tərəf üçün qarant olublar. Və əgər ermənilər bunu pozublarsa, deməli bunun məsuliyyətini Rusiya daşıyır. Bununla da tam aydın olur ki, artıq Ruasiya Ermənistana tam nəzarət edə bilmir. Paşinyan xuntası Moskvanı saymır və başqa qüvvələrin nəzarəti altındadır.

 

- Ermənilərin Gəncə şəhərini raketlə bombalaması nəticəsindədə onlarla həlak və yüzlərlə yaralı dinc vətəndaşlarımız oldu...

 

- Bu, namərd erməni düşməndən başqa nə gözləmək olardı?! Gəncə şəhərində baş verən hadisəni azərbaycanlıların soyqırımı kimi qiymətləndirirəm. Bununla bağlı xarici ölkələrdə əməkdaşlıq etdiyimiz partiyaları məlumatladırmışıq. Onlardan işğalçı erməni terroristlərin torpaqlarımızı azad etmək üçün anti-terror əməliyyatları barəsində və Gəncə şəhərində mülki şəxslərə qarşı hücumu Cenevrə Konvensiyasının pozulması haqqında məlumatları öz ölkələrində çatdırılmasını xahiş etmişik.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol