"Kremlin Dağlıq Qarabağ probleminə yanaşması dəyişir"

16:00 12-10-2020 | icon 598 | Geopolitika
"Kremlin Dağlıq Qarabağ probleminə yanaşması dəyişir"

"Moskvaya bu həssas bölgədə yaxşı bir perspektiv vəd etmir"

 

"Son bir neçə ayda rəsmi Kremlin özünün 30 illik taktika və strategiyasını dəyişməyə qərar verdiyi görünür".

  

Versus.az xəbər verir ki, bunu professor Əli Həsənov özünün "facebook" hesabında yazıb.

 

Ə.Həsənov bildirib ki, Cənubi Qafzqazda müşahidə olunan proseslərə, xüsusən də 27 sentyabrdan başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ətrafında gedən proseslərə, eləcə də Dağlıq Qarabağ cəbhəsində yaşanan hadisələrə iki həftəlik qanlı döyüşlərə Moskvanın nümayiş etdirdiyi qəribə və əvvəlki illərdəkindən fərqli mövqe, belə bir qənaətə gəlməyə əsas verir:  

"Əgər keçən 30 ildə Moskva “Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunda və həllinin uzanmasında” maraqlı görünürdüsə, mövcud qarşıdurmadan hərbi-geostrateji cəhətdən hərtərəfli bəhrələnərək bütövlükdə bölgəni, xüsusən Azərbaycan və Ermənistanı öz geosiyasi təsir dairəsində saxlamağa çalışırdısa, hazırda bu taktika müasir dünya siyasətinin yeni reallıqları fonunda getdikcə daha az perspektivli görünür. Çünki, Ermənistan tərəfi Moskvanın keçmiş taktikasını bundan sonra da müdafiə etməkdə maraqlı görünsə də, torpaqları işğal altında qalan Azərbaycan dövləti öz narazılığını getdikcə daha açıq formada ortaya qoymaqla, mövcud “status kvo” ilə heç zaman barışmayacağını birmənalı nümayiş etdirməyə başlayıb".

 

Professor eyni zamanda bildirib ki, son zamanlar bölgədə ciddi hərbi-siyasi amilə çevrilən Türkiyə faktorunu və Azərbaycan xalqının artan türk sevgisi fonunda antirus əhval-ruhiyyəsinin güclənməsini də görməzdən gəlmək Moskvaya bu həssas bölgədə yaxşı bir perspektiv vəd etmir. Xüsusən son dövrlərdə Türkiyə dövləti bütün beynəlxalq və regional müstəvilərdə Dağlıq Qarabağ münaqişəsinin və işğal faktının uzanmasından ciddi narahat olduğunu və bu məsələnin həlli üçün Azərbaycanahərtərəfli dəstək vermək əzmini nümayiş etdirməyə başlamışdı:

 

"Göründüyü kimi, Moskva bir tərəfdən 30 il müddətində Dağlıq Qarabağ münaqişəsi ətrafında apardığı qeyri səmimi siyasəti gizlətməyin getdikcə çətinləşdiyini, Cənubi Qafqazda Azərbaycan kimi qiymətli və mühüm bir tərəfdaş ölkəni itirməsi və Türkiyə ilə hərbi-siyasi bloka girə bilməsi təhlükəsinin getdikcə daha real məzmun kəsb etdiyini görür. Eləcə də Ermənistanın və Paşinyanın da getdikcə daha çox “müstəqilləşməsi” və Qərblə yaxınlaşması fonunda Kremlin təsirindən çıxa bilməsi təhlükəsinin reallığını nəzərə alaraq, öz taktikasını dəyişməyə məcbur olmuşdur.

Kremlin yeni taktikası əvvəlki illərdəkindən fərqli olaraq “münaqişəni uzatmaqla tərəfləri özündən asılı vəziyyətdə saxlamaq” yolu ilə deyil, bu dəfə “mövcud problemi yenilənmiş Madrid prinsipləri əsasında həll etməklə Cənubi Qafqazın gələcək sülhyaratma proseslərində əsas hərbi-strateji rıçaqları ələ keçirmək və münaqişə tərəfləri arasında dinc-yanaşı yaşama rejiminin qarantına çevrilmək” yolu ilə həyata keçirməkdən ibarətdir".

 

"Madrıd prinsiplərinə isə Lavrovun zaman-zaman münaqişənin həlli yolları ilə bağlı səsləndirdiyi fikirlər, rus mediasında Dağlıq Qarabağla Azərbaycan arasında gələcəkdə “sülhyatatma missiyasını” həyata keçirəcək hərbi kontingent haqqındakı çağırışlar daxildir"-deyə Ə.Həsənov əlavə edərək bu məqama xüsusilə diqqət çəkib.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI