Ermənilər “yaşasın” ki…

17:58 12-10-2020 | icon 1149 | Köşə
Ermənilər “yaşasın” ki…

…Onlar masada itirdiklərimizi, atəşkəsi pozmaqla, bizə "qaytardılar”

VÜQAR MƏMMƏDOV

 

“Hər şərdə bir xeyir var” – deyib atalarımız. Atəşkəs müqaviləsinin imzalanması, təbii ki, ziyanımıza idi. Bu saziş nəinki ölkə daxilində etirazlara səbəb oldu, eləcə də bizə dost olan ölkələri belə, ciddi şəkildə narahat etdi. Çünki Ali Baş Komandanın da təbirincə desək, “sahədə qələbə bizimdirsə, masada da bizim olmalı idi”. Təəssüf olsun ki, sahədəki böyük üstünlüyümüz masada bizlərə tam əksini diqtə etdi. İmzaladığımız saziş təslimçilik sazişi idi.

 

Amma “Sən saydığını say, gör fələk nə sayır” – deyib atalarımız. Əslində, bizim şər kimi qəbul etdiyimiz, dönüb bizim üçün bir xeyir oldu…

 

Birincisi, bu sazişi imzalamaqla, torpaqlarımız erməni işğalçıları tərəfindən işğal olunsa da, atəşkəs dövründə minlərcə ŞƏHİD versək də, biz dövlət olaraq bütün dünyaya barışdan yana olduğumuzu bir daha sübut etdik. Bununla da erməninin, rusun və fransızın bizə qarşı apardığı qara piarı darmadağın etdik. Nəticədə dünya gücləri bizim nə qədər humanist və haqlı olduğumuzu növbəti dəfə gördü.

 

Şükürlər olsun ki, Allah-təala millətimizin belə bir rüsvayçılığın altında əzilməsini istəmədi. Çünki atəşkəs baş tutsaydı, yenidən “baza prinsipləri” əsasında müzakirələr başlasaydı, ilk olaraq Türkiyə və bizi dəstəkləyən digər dövlətlər bizə olan münasibətlərinə yenidən baxmaq zorunda qala bilərdilər. Amma və lakin… Erməni tərəf masadakı zəfərlərini qeyd etmək üçün atəşkəsi pozmalı oldular. Məhz bu səbəbdən dolayı ordumuz Ərgünəş kimi çox mühüm bir strateji əhəmiyyətə malik olan yüksəkliyi ələ keçirərək, növbəti yüksəkliklərimizi azad etmək üçün zəmin hazırladı.

 

Hörmətli oxucum!

Əslində, bütün bu olanlara görə düşmənimiz də olsa erməniyə “minnətdar” olmalıyıq. Çünki ermənilər masada itirdiklərimizi, atəşkəsi pozmaqla bizə "qaytardılar”. Məhz bu səbəbdən atəşkəsi pozduqlarına görə, mən şəxsən öz adımdan, ailəm adından və minlərcə ŞƏHİDLƏRİMİZ adından ermənilərə “təşəkkür” edirəm, “yaşasın ermənilər!”. Yaşasınlar ki, bu 30 ildə bizə nə çəkdiriblərsə, damcı-damcı burunlarından gətirə bilək.

 

YAŞASIN AZƏRBAYCAN, YAŞASIN ƏSGƏRİMİZ, YAŞASIN BÖYÜK TÜRK BİRLİYİ!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür