NASA-nın “2020 SO” asteroidi feyk çıxdı - FOTO

08:05 13-10-2020 | icon 332 | Maraqlı
NASA-nın “2020 SO” asteroidi feyk çıxdı - FOTO

Noyabr ayında Yerin orbitinə daxil olacaq və NASA tərəfindən “2020 SO” adı verilən “asteroid” əslində 1966-cı ildə Aya göndərilən ABŞ raketinin qalığıdır.

 

“Associated Press”in məlumatına görə, bunu NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının Yer ətrafı Obyektlərin Tədqiqatı Mərkəzinin direktoru Pol Çodas bildirib.

 

Onun sözlərinə görə, əvvəllər asteroid hesab edilən kosmik obyekt “Surveyor-2” endiricisini Aya çatdırmalı olan “Centaur” blokunun bir hissəsidir. Cihaz mühərrikin sıradan çıxması səbəbi ilə eniş zamanı məhv olub, raket isə ayın yanından keçərək Günəşin orbitinə girib.

 

Qeyd edək ki, Yerə yaxınlaşan sirli obyekt ötən ay Havay teleskopu ilə aşkar edilib.

 

Raket bundan əvvəl 1984 və 2002-ci illərdə Yer kürəsinə səkkiz milyon kilometr məsafədə uçub, lakin uzaq məsafəyə görə qeydiyyata alınmayıb.

 

Çodas obyektin Yerin cazibə qüvvəsinə düşdükdən sonra dörd ay orbitdə qalacağını və gələn ilin mart ayında yenidən Günəş ətrafındakı orbitə girəcəyini təxmin edir.

 

Raketin Yerə düşəcəyi istisna edilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”