Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı - FOTO

09:42 14-10-2020 | icon 1066 | Film
Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı - FOTO

“Quzuların səssizliyi” adlı filmin çəkildiyi Perriopolisdəki ev (Pensilvaniya, ABŞ) 300 000 dollara (510 000 AZN) satışa çıxarılıb.

 

Bu barədə “10 Philadelphia” xəbər yayıb.

 

Bina filmdəki personajlardan biri - Buffalo Bill ləqəbli manyak üçün “ev” rolunu oynayıb. Filmin ekranlara çıxdığı 1991-ci ildən bəri ev praktik olaraq dəyişməz qalıb. Yeganə fərq zirzəmidə nəhəng bir çuxurun olmamasıdır (səhnə pavilyonda lentə alınıb).

 

Evin özü 1910-cu ildə tikilib. Binanın həyətində hovuz, həmçinin üç avtomobil üçün ayrıca qaraj var. Satıcının dediyinə görə, içəridəki hər şey döşəmələr, taxta dekorasiya əşyaları, lampalar, qapılar və hətta kaminlər orijinal vəziyyətdə qorunub saxlanılıb.

 

“Bizə zəng vuran, mesaj yazan çox sayda insan var. Onlar ev ilə maraqlanmadıqlarını, yalnız filmi sevdiklərini deyirlər. Bu dəlilikdir, filmin bu qədər pərəstişkarı olduğunu bilmirdim”, - deyə rieltor bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür