O məzarlara baş çəkmək istəyirəm

12:24 31-08-2018 | icon 894 | Qarabağ
O məzarlara baş çəkmək istəyirəm

Acı tarix

 

ƏLİSAHİB HÜSEYNOV

/DADP sədri/

 

Bu gün Böyük Vətənimizin - Azərbaycanımızın bir parçası olan Qubadlı rayonunun Ermənistan Respublikasının silahlı qüvvələri, faşist gücləri tərəfindən işğal edildiyi gündür.

 

Qubadlı mənim doğulduğum, ilk təhsilimi aldığım, azərbaycanlı olduğumu dərk etdiyim, ermənilərdən daha fərqli, daha yaxşı millət olduğumuzu anlayıb qürur duyduğum məmləkətimdir, yurd yerimdir.

 

Mən məşhur Xanlıq kəndində doğulmuşam. İstər kəndimin və rayonumuzun, istərsə də bütövlükdə Qarabağımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak etmişəm. Və bunu da qəti şəkildə bilirəm ki, müharibə hələ bitməyib. Böyük müharibə hələ qabaqdadır. Biz sadəcə, müharibənin birinci mərhələsini uduzmuşuq. Özü də ermənilərə yox, onların havadarlarına uduzmuşuq. Erməni kimdir ki, onlara uduzaq da?

 

Xaraktercə qorxaq və xain olan erməni millətinin başbilənləri yaxşı başa düşürlər ki, əgər böyük dövlətlər tərəfindən Ermənistana gizli və ya açıq surətdə dəstək olmazsa, Azərbaycan xalqı millətçilik, antitürkçülük azarına tutulmuş erməniləri çox qısa bir zamanda yerində oturtdura bilər. Bu həqiqəti sıravi ermənilər özləri də yaxşı başa düşürlər. Və daim qorxu, səksəkə içində yaşayırlar. Çünki bilirlər ki, əgər sülh danışıqları nəticəsiz bitərsə, Azərbaycan Ordusu gec-tez antiterror əməliyyatına başlayacaq, Qarabağı işğalçı, separatçı ermənilərdən təmizləyəcək.

 

Odur ki, mən də, mənim qazi dostlarım, keçmiş döyüş yoldaşlarım da 2-ci Qarabağ Müharibəsinin başlanacağı günü səbrsizliklə gözləyirik. Mənim dədələrimin, babalarımın məzarları Xanlıq kəndindədir. Mən o məzarlara baş çəkmək istəyirəm. Ordumuzun azad edəcəyi torpaqları qarış-qarış gəzmək arzusu ilə yaşayıram.

İnşAllah, o gün gələcək! Mütləq gələcək!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...