"Ali Baş Komandanımız düşmənə qarşı söz savaşını da qətiyyətlə davam etdirir"

14:42 14-10-2020 | icon 699 | Siyasət
"Ali Baş Komandanımız düşmənə qarşı söz savaşını da qətiyyətlə davam etdirir"

Əlisahib Hüseynov: "Ermənistanın beynəlxalq hüquq qarşısında məsuliyyətsizliyi bitmək bilmir"

 

"Ordumuzun uğurları ilə eyni zamanda informasiya savaşında da düşmənə sarsıdıcı zərbələrimiz davam dir və bu savaşda əsas rol, əsas yük əlbətə ki, Prezident İlham Əliyevin üzərinə düşür. Etiraf etməliyik ki, dövlətimizin başçısı bu ağır və məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gəlir. İlham Əliyev Şanlı ordumuza uğurla Ali Baş Komandanlıq etdiyi kimi düşmənə qarşı söz savaşını da eyni qətiyyətlə davam etdirir. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistanın saxta məlumatlardan, feyk-xəbərlərdən ibarət birtərəfli informasiya mühiti formalaşdırmaq cəhdləri bir-birinin ardınca iflasa uğrayır. Azərbaycan Prezidentinin dünyanın müxtəlif telekanallarına verdiyi müsahibələr hazırki məqamda ermənilərin bizim ölkəmizə qarşı formalaşdırmağa çalışdığı informasiya blokadasını yarmaq baxımından olduqca mühüm rol oynayır. Prezidentin yüksək intellekt, iti məntiq və parlaq natiqlik qabiliyyəti üzərində qurulan açıqlamaları, müsahibələri informasiya cəbhəsində Azərbaycanın haqq işinin və diplomatik-siyasi mövqelərinin müdafiəsini təmin edir".



Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri qeyd edib ki, dünyaya səslənmək baxımından ölkə başçısına geniş imkanların yaradılmasında və Azərbaycanın haqq işini dünyaya çatdırmaqda qardaş Türkiyə mətbuatı çox önəmli və səmərəli rol oynayır:

 

"Türkiyəli jurnalistlər Dağlıq Qarabağda Ermənistanın quldur və işğalçı davranışlarına qarşı
apardığımız əks-hücum əməliyyatları barədə xəbərləri operativ surətdə dünyaya çatdırırlar. Onlar
Ermənistanın dinc əhalimizə qarşı apardığı vandalizm siyasətini, müharibə cinayətlərini də geniş
işıqlandırıb düşmənin gerçək simasını dünyaya tanıtmağa çalışırlar. “TRT Haber”, “CNN Türk”, “Haber Global” kimi populyar televiziya kanallarının bu yöndə fəaliyyətini xüsusilə yüksək qiymətləndirmək lazımdır.

Prezident İlham Əliyevin oktyabrın 12-də qardaş Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibə də Azərbaycanın haqlı mövqeyinin həm daxili, həm də xarici auditoriyaya çatdırılmasında böyük töhfə verə biləcək bir müsahibədir. Cənab Prezident bu müsahibəsində ilk növbədə atəşkəslə bağlı məsələlərə aydınlıq gətirdi. Onun səsləndirdiyi fikirlər Ermənistanın hərbi-siyasi rəhbərliyinin hazırda atəşkəslə bağlı dövriyyəyə buraxdığı spekulyasiyaları və məqsədyönlü təhrifləri, dezinformasiyaları tamamilə alt-üst etdi. Belə ki, cənab Prezident bildirdi ki, bu yaxınlarda Rusiyanın paytaxtında əldə edilmiş atəşkəs razılaşması həyatda gerçəkləşmədi, baş vermədi. Ermənistan hökumətinin beynəlxalq hüquq qarşısında məsuliyyətsizliyi yenə də davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir, atəşkəs razılaşmasını pozurlar.

Dövlətimizin başçısı “Haber Global”a müsahibəsində qardaş Türkiyənin son proseslərdə rolunun
əvəzolunmaz olduğunu qeyd etdi. O, Türkiyəni proseslərdən kənarda saxlamağa çalışan işğalçı
Ermənistana və onun havadarlarına üz tutaraq birmənalı şəkildə vurğuladı ki, münaqişənin siyasi yolla həll olunmasında Türkiyə fəal rol oynamalıdır.

İlham Əliyev müsahibəsində erməni diasporunun bu son günlərdə ölkəmizə qarşı xüsusi həyasızlıqla yaydığı qara propoqanda fəaliyyətlərinə də toxundu. O qeyd etdi ki, xaricdəki erməni diasporunun məqsədi Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Heç kimə sirr deyil ki, dünya KİV-lərinə təsir edən erməni diaspor təşkilatları 27 sentyabrda erməni təxribatları başlayan andan bizə qarşı fəal qaralama kampaniyası aparırlar. Prezident İlham Əliyev bu kampaniyanın qarşısının alınmasında və real vəziyyətlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığına görə Türkiyə mətbuatına minnətdarlığını ifadə etdi".



Ə.Hüseynov bildirdi ki, ölkə başçısının sözügedən müsahibədə Ermənistan dövlətinin faşist dövləti, terror dövləti olması barədə səsləndirdiyi fikir də çox önəmlidir. Bu fikir heç şübhəsiz ki, ilk növbədə dünya ictimaiyyətinə ünvanlanıb:

 

"Prezident qeyd etdi ki, Gəncədə mülki əhalinin qətl edilməsi Ermənistanın faşist dövləti olduğunu bir daha sübut edir. Lakin İlham Əliyev Ermənistandan fərqli olaraq bizim dövlətimizin qarşı tərəfin mülki əhalisi ilə müharibə aparmadığını vurğuladı və eyni zamanda Paşinyanın Gəncənin bombardman edilməsi barədə verdiyi qərarın cavabsız qalmayacağını da xüsusi olaraq qeyd etdi: ”Biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik. Biz saat 12-dən qüvvəyə minmiş atəşkəs rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik”. Hesab edirəm ki, “Haber Global”-da Azərbaycan həqiqətlərinin ölkə başçımızın dilindən növbəti dəfə tam obyektivlik və qətiyyətlə səslənməsi təkcə döyüş meydanında deyil, diplomatiyada da düşmənə qalib gəlməyimizə yardımçı olacaq. Prezidentin hər müsahibəsi ermənilərə və xüsusən də onların baş nazirinə ağır mənəvi-psixoloji zərbə effekti verir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı