Smartfondan koronavirusu təmizləməyin yolları

09:42 15-10-2020 | icon 393 | Maraqlı
Smartfondan koronavirusu təmizləməyin yolları

İnsanlar təkcə əllərini deyil, virus və mikroblar yayan smartfonlarını da dezinfeksiya etməli, hətta yumalıdırlar.

 

“Sputnik”in məlumatına görə, bu barədə cihazlar və texnologiyalar haqqında məlumatları dərc edən DGL.ru portalının baş redaktoru Lyudmila Murzina xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, əllərin tez-tez yuyulması, koronavirus da daxil olmaqla viral infeksiyaya yoluxma ehtimalını azaldır, ancaq təhlükəli orqanizmlər smartfondan da keçə bilər.

 

“Smartfonlar infeksiya yayan vasitələrdən biridir. Həqiqətən də smartfon üzəri mikroorqanizmlər, mikroblar və viruslarla doludur. Əlbəttə ki, koronavirus da orada mövcud ola bilər. Ən vacib qoruma mütəmadi olaraq təmizləmədir. Smartfon da əllər kimi təmizləmənməlidir: yəni dezinfeksiyaedici vasitə ilə yuyulmalı və ya işlənməlidir”, - deyə mütəxəssis bəyan edib.

 

O, vurğulayıb ki, “Apple”, “Samsung” və ya “Huawei” kimi böyük smartfon istehsalçılarının flaqman modelləri sözün həqiqi mənasında kranın altında su ilə yuyula bilər.

 

“Suya davamlı smartfonunuz varsa (qoruma ən azı IP68 olmalıdır), onu kranın altından yuya bilərsiniz, hər şey yaxşı olacaq. IP68 səviyyəsi smartfonu suya salmağı nəzərə alır - bu, sadəcə su sıçramalarından deyil, suya düşmədən də qorumadır”, - deyə Murzina əlavə edib.

 

Mütəxəssis istifadəçilərin smartfon səthlərini daha çox dezinfeksiya edən maddələrlə təmizlədiyini deyib. Ancaq o, bunun oleofobik örtük üçün (yağları dəf edən incə nanometr plyonkası, koronavirus da daxil olmaqla müxtəlif infeksiyalardan qorunmağa kömək edir) çox da yaxşı olmaya biləcəyini deyib.

 

“Xüsusi dezinfeksiyaedici maddələr almalıyıq, onların tərkibində spirtin miqdarı ən azı 60% olmalıdır. Eyni zamanda, dezinfeksiyaedici maddənin (nəm salfetlər kimi) smartfonun arxasındakı və ekrandakı  oleofobik örtüyə zərər verə biləcəyini anlamalıyıq. Burada sizin üçün daha vacib olanı seçməli olacaqsınız: barmaq izlərindən və yağdan qoruyan bir örtük, ya da öz sağlamlığınız”, - deyə Merzina sözlərini yekunlaşdırıb. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı