Ermənilərin yazışması ələ keçirildi

12:11 15-10-2020 | icon 555 | Müharibə
Ermənilərin yazışması ələ keçirildi

“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin”

 

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən düşmən və işğalçı ölkə Ermənistanın dövlət qurumları arasındakı elektron yazışmalar əldə olunub.

 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Ermənistan Hökumət Aparatının Vətəndaşların qəbulu və müraciətlərinin müzakirəsi idarəsinin müdiri Aleksandr Qazaryanın 5 oktyabr 2020-ci il tarixdə Ermənistan Müdafiə nazirinə göndərdiyi iki məktubda işğalçı ölkənin ordusundakı acınacaqlı vəziyyət öz əksini tapıb.

 

Birinci məktub Ermənistan ordusundakı özbaşınalıqla bağlı əsgər valideyninin müraciəti əsasında yazılıb. Həmin məktubu təqdim edirik:

 

“Bizə Lori vilayətinin Lori Berd icmasının Aşot Yerkat 14 ünvanında yaşayan Qayane Balayan müraciət edib. O bildirib ki, oğlu Anri Balayan 1 oktyabr tarixində Müdafiə Nazirliyinin 13516 saylı hərbi hissəsinin təlim taboruna məcburi hərbi xidmətə çağırılıb. O, könüllü orduya gedib. Ancaq daimi olaraq hərbi hissədə döyülüb. Onun komandirləri tərəfindən heç bir tədbir həyata keçirilməyib. Bununla əlaqədar bizim təşəbbüsümüzlə MTX tərəfindən araşdırmalar aparılıb və aydınlaşıb ki, baş leytenant Arsen Hovhannisyan bir neçə dəfə əsgərləri döyüb və nəticədə, iki əsgər özünə qəsd edib.

 

Bunlar barədə hərbi hissənin həkimi ilə də danışılıb, o da bu məlumatları təsdiqləyib. Həmçinin həkim Arsen Hovhannisyanın qızdırması və tərləməsi olan əsgərlərə tibb məntəqəsinə getmək üçün icazə vermədiyini də deyib. Qeyd edək ki, Anri Balayan xəstədir və son iki gün ərzində onun vəziyyəti daha da ağırlaşıb. Buna baxmayaraq, onun Qarabağa aparılmasına qərar verilib. Əsgərlər qorxurlar ki, Arsen Hovhannisyan onları Qarabağdakı müharibə şəraitindən istifadə edərək öldürə bilər.

Onların ailələri bu barədə bizə çox məktublar göndərirlər. Xahiş edirəm ki, əsgərlərin vəziyyətini araşdırın və sonra Qarabağa göndərmək barədə qərar qəbul edin. Arsen Hovhannisyanı Qarabağa göndərməyin. Onunla bağlı qeyd olunmuş məlumatlarla əlaqəli araşdırmalar həyata keçirin və nəticələr barədə yeddi gün müddətində məlumat göndərin”.

 

İkinci məktubda isə müharibədə ölən əsgərlər barədə valideynlərə məlumat verilməməsi bildirilir:

 

“Baş nazirin tapşırığı ilə Qarabağda ölmüş əsgərlərin cəsədləri Gorus şəhərinə gətirilib. Ancaq indi onların şəxsiyyətini müəyyənləşdirmək mümkünsüzdür. Artıq onların İrəvan şəhərinə gətirilməsi barədə qərar qəbul edilib. Sizdən xahiş edirəm, ölmüş əsgərlərin ailələrinə bu barədə hər hansı məlumat verməyəsiniz. Əgər biz onların şəxsiyyətini aydınlaşdırsaq, bu barədə sizə məlumat verəcəyik. Həmin zamana qədər hər gün 100 cəsəd göndərin. Bu məsələ barədə hərbi qulluqçular məlumatlandırılmamalıdırlar. Baş nazirin göstərişi ilə daşınmanı polis həyata keçirəcək”.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol