“Hanı bizim Rusiyadakı azərbaycanlılar, niyə səsləri çıxmır?”

19:07 15-10-2020 | icon 1655 | Siyasət
“Hanı bizim Rusiyadakı azərbaycanlılar, niyə səsləri çıxmır?”

Hafiz Hacıyev: “Hərəsi 3-5 manatdan pul toplayıb bunu ideoloji silaha çevirsəydi...”

 

Ermənistan terrorçu qruplaşmaları tamamilə azğınlaşıb. Bu, Azərbaycan torpaqlarında sağa-sola raketlər yağdıran, Gəncədə dinc əhalini qətlə yetirən, Tərtərdə öz ölüsünü dəfn etmək üçün qəbiristanlığa gedən insanlarımzı atəşə tutan, öldürən terrorçunun bariz nümunəsidir. Belə bir vəziyyətdə xaricdə yaşayan azərbaycanlılar, diasporamız hansı addımlar atmalıdır, ümumiyyətlə Azərbaycanı atəşkəsə dəvət edən dövlətlər niyə Azərbaycanın mülki əhalisini bombayanlara qarşı susur?

 

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən MMP sədri Hafiz Hacıyev bildirib ki, bu gün hadisələr bir daha təsdiq etdi ki, heç bir beynəlxalq təşkilata güvənməməli, onlardan ümid gözləməməliyik.

 

“Bizim torpağımızda bizi bombalayırlarsa...”

 

MMP sədri bildirib ki, əgər erməni terrorçuları bu gün bizi öz torpaqlarımzda atəşə tutub öldürürsə və biz onların qətlə yetirdiklərini dəfn etmək üçün qəbiristanlığa gedərkən də yenidən bombalanırıqsa, buna acizcəsinə susmaq nakişilik olar, buna dözə bilmərik:

 

“Ona görə də Ali Baş Komandanın da dediyi kimi, biz qəti mövqeyimizi ortaya qoyub bu torpaqları işğalçı terrorçulardan azad eləməliyik. Biz daha neçə il gözləməliyik, nəyi gözləməliyik, başa düşmürəm! 30 il gözlədik, bəs deyil? Bu qədər qeyrətsizliyə dözdük bəs deyilmi?! Makronların, putinlərin, trampların sözünə inanıb 30 ildir dədə-baba yurdlarımzı, qəbirlərimizi ziyarət edə bilmədik. İndi işğalçıları torpaqlarımızdan qovmaq üçün mübarizəyə qalxanada bizdən nə istəyirlər?! Bunlar yenədəmi erməni terorçularının yanındadır?! Görürsüz, diaspora Rusiya İran üzərindən Ermənistana silah göndərir. Bizim Türkiyədən, Pakistandan başqa yanımızda heç kəs yoxdur. Hanı bunların demokratikliyi, hanı bunların humanistliyi?! Ona görə də hesab edirəm ki, biz düşünmədən həç nə gözləmədən böyük aviasiya imkanlarından, ordumuzdan, silahlarımızdan istifadə etməliyik. Erməni dığalarını çıxdıqları yerə qovub, darmadağın etməliyik. Əgə bunlar bizim torpağımızda bizi bombalayırsa, biz niyə gözləməliyik. Niyə qırıcılarımız havaya qalxıb terror ocaqlarını məhv eləmir?! Niyə biz bunlara imkan veririk ki, hansısa ərazimizdən Gəncəni atəşə tutsunlar, Qəbiristanlığı atəşə tutsunlar. Təbii ki, bu beynəlxalq təşkilatların istəyidir və mən də burdan deyirəm ki, qələt edirlər!”

 

H.Hacıyev bildirib ki, beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk Qrupunda olan dövlətlər Azərbaycanın əleyhinə işləməkdə davam edir. Onun sözlərinə görə, artıq MMP olaraq beynəlxalq təşkilatlara müraciət edərək bu ikili standartlara, ədalətsizliyə son qoymağı tələb ediblər:

 

“Mülki əhalimizi top atəşinə tutub həlak edirlər”

 

 

“Bu gün bizim yanımızda duran dövlət Türkiyədir, Pakistandır. Beynəlxalq təşkilatda təmsil olunan dövlətin başçılarından biri Makrondur ki, o heç öz arvadının ipini yığa bilmir. Trampdır, getsin öz dərdini çəksin. Biri də Rusiya. Biz nə qədər Rusiyanın nazı ilə oynamalıyıq axı. Düzdür, Rusiya qonşu dövlətdir və onunla münasibətlərimizi korlamamağa çalışırıq. Amma bunlar da başa düşməlidir ki, müdafiə etdikləri dövlət bizim qəbiristanlığımızı, mülki əhalimizi top atəşinə tutub həlak edirlər”.

 

MMP sədri bu gün Rusiya mediasinda Azərbaycanın haqq işinə kölgə salan televiziya kanalları və mediasının erməni mövqeyini qəti şəkildə pisləyib.

 

O, bir daha Rusiya mediasına bəyan edərək bildirib ki, biz Ermənistan ərazilərində müharibə aparmırıq, biz öz torpaqlarımızı erməni terrorundan dan azad etmək uğrunda savaşırıq və savaşacağıq:

 

“Bu gün bizim Rusiyada 2 milyon vətəndaşımız yaşıyır. Xarici dövlətlərdə yaşayan milyonçularımız, imkanlı şəxslərimiz susmaqla öz cılızlıqlarını boyunlarına aldılar. Boyunlarına aldılar ki, pullu olmaq hələ güclü, nüfuzlu, şəxsiyyətli vətəndaş olmaq deyil. Belə bir vəziyyətdə bir dənəsinin səsi çıxmır. Bu vəziyyəti gizlətməyə, malalamağa ehtiyac yoxdur. Bu reallıqdır və bəzən bu reallığın dilə gətirilməsi heç kəsin xoşuna gəlmir”.

 

Partiya sədri eyni zamanda bildirib ki, əgər Rusiya mətbuatı torpaqlarımzı işğaldan azad etdiyimizə görə bizi informasiya atəşinə tutursa, ar olsun həm də bizim Rusiyada yaşayan laqeyd azərbaycanlılara:

 

“Cənab Tayyib Ərdoğan, bizi təkliyirlər”

 

“Hanı bizim ordakı milyonerlər, hanı bizim orda Azərbaycan dövlətinin hesabına milyardlar qazananlar, hanı Azərbaycanın pulu hesabına dənizin qırağında milyardlarla villalara pul qoyanlar, hanı bizim İlham Rəhimovlar, Aağalarovlar, keçmiş baş nazirin müavini. Bu gün Rusiyada yaşayan 2 milyon azərbaycanlı hərəsi 3-5 manatdan pul toplayıb bunu ideoloji silaha çevirsəydi, ermənilərə qarşı böyük bir təbliğat işi qura bilərdilər. Əgər bu gün mənim qəbiristanlğımı atəşə tuturlarsa, Ali Baş Komandanım cəbhədə tək qalıbsa, mən necə bunu demiyim?!”

 

H.Hacıyev Türkiyə Cumhur başqanına müraciət edib:

 

“Cənab Tayyib Ərdoğan, bizi təkliyirlər. Siz Putinin şirin vədlərinə inanmayın. Bizim başımıza yastıq qoyub bizi darmadağın etdilər. Atəşkəs rejimində nə qədər mülki insanlrarımızı qətlə yetirdilər. Ona görə də biz qəti şəkildə başladığımız Vətən Müharibəsini yekunlaşdırmalıyıq. Bizi tənqid edirlər ki, niyə Xankəndini vurursuz. Torpaq mənimdir, istəyərəm vurararm, istəyərəm quraram. Şuşa mənimdir istəyərəm dağıdaram, istəyərəm tikərəm. Bu cür biabırçılıq olmaz axı. Bu namussuzluğa nə qədər dözmək olar. Düşünürəm ki, bizim yaltaqlar, anaları, dədələri nə qdər malalasalar da, biz buna dözə bilmərik, bu vətən müharibəsidir. Torpaqlarımızı azad etməliyik. Prezidentimizlə bir yerdə olub Xankəndinə bayrağımızı sancaq. Elə qüvvələr var ki, yenə də bizi  bu yoldan çəkindirərək bizi pis vəziyyətdə saxlamaq istəyir. Biz buna gəlsək, Azərbaycan yer üzündən silinəcək. Biz torpaqlarımızı işğaldan azad edib, Azərbaycanın paytaxtını Xankəndinə köçürməliyik. Nə Putin nə Makron nə də Tramp bizim daxili işimizə qarşımasınlar”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür